• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: "Ermənistan rəhbərliyi unutmamalıdır ki..."

XİN: "Ermənistan rəhbərliyi unutmamalıdır ki..."
23.10.2015 15:57
"Tarixə müraciət edən Ermənistan rəhbərliyi unutmamalıdır ki, arxeoloji, etnoqrafik və antropoloji baxımdan ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

H.Hacıyev qeyd edib ki, Cənubi Qafqaz köç edilmiş ermənilər Rusiya imperiyasının süqutundan sonra Ermənistan adı altında tarixi Azərbaycan torpaqlarında özlərinə dövlətəbənzər bir təsisat yaradıblar: "Ermənistan rəhbərliyi "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğal və ilhaqını bir daha sübut edən 27 sentyabr 2015-ci il tarixli bəyanatını yəqin ki unutmamışdır.

Çıxışında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mahiyyətini təhrif edən Ermənistan rəhbərliyinin yaddaşını təzələmək istərdik ki, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə dəstək və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiq olunaraq, işğalçı qüvvələrin işğal olunmuş bütün Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb olunur. Qətnamələrdə eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması və gücdən istifadə edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. ATƏT Minsk Qrupunun mandatına dair 23 mart 1995-ci il tarixli sənədə uyğun olaraq bu qətnamələr MQ-nin fəaliyyətinin əsasını təşkil etməlidir".

Azərbaycan XİN-in rəsmisi deyib ki, güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək məsələsi də Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrilib: "Ermənistan Azərbaycana qarşı güc tətbiq etmiş və bunun nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal edilmişdir. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək kimi çağırışının tələbləri işğalçılıq həyata keçirmiş dövlət kimi məhz Ermənistan tərəfindən icra edilməlidir. İşğal və təcavüzün nəticələri aradan qaldırılmadığı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı halda, güc tətbiq etmək və güc tətbiq edərək hədələməyi davam etdirən dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol