• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyms Uorlik: "Qaçqınların öz evlərinə qayıtmasına imkan verilməlidir"

Ceyms Uorlik: "Qaçqınların öz evlərinə qayıtmasına imkan verilməlidir"
29.05.2020 08:07
Münaqişənin həllində qaçqınların problemi mütləq nəzərə alınmalıdır

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın görüşünü təşkil etmək niyyətindədir. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda oktyabrın 26-da ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədir Ceyms Uorlik bildirib.
Onun sözlərinə görə, Yerevan və Bakı səfərlərində müzakirə edəcəkləri əsas məsələlərdən biri bu görüşü təşkil etməkdir.

"Bildiyimə görə, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək (konstitusiya islahatı ilə bağlı referendumu nəzərdə tutur - "Report"). Ona görə də prezidentlərin görüşü referendumdan sonra ilin sonunda təşkil edilə bilər", - Uorlik vurğulayıb.

Amerikalı həmsədr deyib ki, danışıqlar prosesinin prezidentlər səviyyəsindən aşağı məqamlarda intensivləşdirilməlidir: "Bu, komissiya, yaxud işçi qrup şəklində ola bilər".

"Qaçqınların problemi nəzərə alınmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. Bölgədə yüz minlərlə qaçqın var. Onları mütləq dinləmək lazımdır. Qaçqınların öz evlərinə qayıtmasına imkan verilməlidir", - deyə, C.Uorlik vurğulayıb.

Həmsədr qeyd edib ki, Azərbaycana səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağdakı icmasının təmsilçiləri ilə də görüşəcəklər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol