• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan xalqı sabitliyə və hakim partiyaya səs verəcək"

"Azərbaycan xalqı sabitliyə və hakim partiyaya səs verəcək"
26.10.2015 17:36
Azərbaycanda qarşıdakı parlament seçkilərində seçicilərin çoxu hakim Yeni Azərbaycan Partiyasına səs verəcək, müxalifət isə səslərin yalnız az bir qismini toplayacaq.
 
Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, hakim partiyanın qələbəsi Azərbaycan əhalisinin Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə bağlı olacaq: "Əhali ölkədə yüksək həyat səviyyəsini, siyasi və sosial sabitliyi dəstəkləyir”.

S.Markov qeyd edib ki, son illər Bakıda dəyişikliklər baş verir və infrastruktur inkişaf edir, xeyli sayda idman qurğuları yaradılıb, yeni binalar ucaldılır.

Politoloqun fikrincə, seçkilər başa çatdıqdan sonra çox güman ki, onların legitimliyi üzrə diskussiya başlayacaq: "Müxalifət bəzi Avropa institutları ilə birgə seçkilərin nəticələrini tənqid etməyə və guya müxalifətə kampaniyası üçün kifayət qədər şərait yaradılmadığını sübut etməyə başlayacaq. Mübahisələr partiyaların alacağı səslərin sayı deyil, daha çox müxtəlif strukturların monitorinq missiyalarının bəyanatı və s. ətrafında cəmləşəcək”.

Onun sözlərinə görə, mübarizə AŞ PA-nın çox güman tənqidi olacaq bəyanatı ətrafında cəmləşəcək ki, bu da ümumi böhran, Qərb ölkələrinin bütün postsovet ölkələrinə təzyiqi ilə bağlıdır: "Əlbəttə ki, Qərbin Azərbaycana təzyiq etməsinin məqsədi heç də demokratiya deyil, ölkənin neft-qaz resurslarının ələ keçirilməsidir. Buna görə də Azərbaycan AŞ PA-nın tənqidi fikirlərinə və parlament seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu müşahidəçilərinin olmamasına görə məyus olmamalı, öz siyasətini möhkəm əsaslarla davam etdirməli və müttəfiqlərin sahəsini genişləndirməlidir ki, onların arasında da əsas yeri Rusiya və Türkiyə tuturlar”.

S.Markov diqqətə çatdırıb ki, seçkilərin müşahidəsi ilə məşğul olacaq daha nüfuzlu missiyanın yaradılması zəruridir: "MDB missiyası, məsələn, ATƏT/DTİHB-nin missiyası kimi texnoloji baxımdan daha işlək olmalıdır. Şanxay Əməkdaşlıq Təşkilatı da müşahidə üzrə öz missiyasını təşkil etməli və bu təşkilatların qiymətləndirmələri bir-birindən fəqrlənməlidir ki, siyasi çağırışda şübhə olmasın”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol