• $
  • €
  • ₽
  • ₺
  • £

"​Azərbaycan Avropa Məhkəməsinin sədrinə etiraz məktubu göndərib"

"​Azərbaycan Avropa Məhkəməsinin sədrinə etiraz məktubu göndərib"
29.05.2020 11:17
"Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra edir". 

"Report" xəbər verir ki, bunu Azərbaycanın Avropa İnsan Hüqüqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanın bəzi məhkəmə qərarlarını tam şəkildə yerinə yetirməməsinə dair qətnamələrini şərh edərkən bildirib.
Ç.Əsgərov deyib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra olunması sahəsində heç bir problem yoxdu və bununla bağlı ölkənin siyasi iradəsi var: "Avropa Məhkəməsinin qərarlarını icra edirik və bu, ölkənin siyasi mövqeyidi". Onun fikrincə, Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanla bağlı qətnamələrində hüquqdan uzaq mövqe əks etdirilir. 

Avropa Məhkəməsində Azərbaycanla bağlı hazırda kommunikasiyada olan işlərə gəlincə, Ç.Əsgərov bildirib ki, xeyli sayda belə işlər var və rəqəm sabit olaraq qalır. "Deməzdim ki, kommunikasiyada olan işlərin sayı artıb və ya azalıb". 

Ç.Əsgərovun sözlərinə görə, bu yaxınlarda Avropa Məhkəməsinin sədrinə ünvanladığı məktubda Azərbaycanın mövqeyini çatdırıb: "Sırf Avropa Məhkəməsində şikayətlərə baxılması, Avropa Məhkəməsi tərəfindən müəyyən ərizələrə prioritet verilməsi ilə bağlı bizim iradlar var və bu iradlar onlara bildirilib. Hesab edirəm ki, bizim mövqeyimiz düzgündür".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol