"Təmas xəttində ağır texnikadan istifadə qəbuledilməzdir"

İqor Popov: Biz bu məsələni ordu təmsilçiləri ilə də müzakirə edəcəyik
"Azərbaycan və Ermənistan icmalarının görüşünün təşkili baxımından humanitar məsələlərdən danışdıq".
"Report" erməni KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının başçısı Boko Saakyanla görüşdən sonra bildirib.
Onun sözlərinə görə, B.Saakyanla əsasən təmas xəttindəki vəziyyəti müzakirə ediblər. Rusiyalı həmsədr deyib ki, Azərbaycan-Ermənistan ordusunun təmas xəttindəki gərginliyin davam etməsi və ağır texnikada istifadə olunması qəbuledilməzdir: "Biz bu məsələni ordu təmsilçiləri ilə də müzakirə edəcəyik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























