• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağlıq Qarabağ münaqişəsinin həllində qaçqınlar məsələsi vacib faktordur"

"Dağlıq Qarabağ münaqişəsinin həllində qaçqınlar məsələsi vacib faktordur"
28.10.2015 15:09
Bu gün "Dağlıq Qarabağın azәrbaycanlı icması" İctimai Birliyindә ATӘT-in Minsk qrupunun hәmsәdrlәri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) vә ATƏT sədrinin fәaliyyәtdә olan sәdrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklә görüş keçirilib.
 
APA-nın məlumatına görə, görüşdә icmanın sәdri Bayram Sәfәrov bildirib ki, icma hər zaman Minsk qrupunun mәsәlәyә әdalәtli yanaşacağına ümid edib: "Tәәssüf ki, Minsk qrupunun işi nәticә vermәyib. Biz ümid edirik ki, siz vә sizin ölkәlәriniz öz sәylәrinizi artıracaq, nәhayәt, әdalәt bәrpa olunacaq, azәrbaycanlılar öz torpaqlarına qayıdacaq. Azәrbaycan münaqişәnin sülh yolu ilә hәllini istәyir".
 
Rusiyalı hәmsәdr İ. Popov bu görüşün çox faydalı olduğunu deyib: "Bu gün regiona sәfәrimiz başa çatır. Ermәnistanda siyasi proseslәlәri, tәmas xәttindә gәrginliyin artması, humanitar әmәkdaşlığın formalaşması mәsәlәlərini müzakirә etdik. Biz tezliklə prezidentlәrin görüşünün keçirilmәsinә ümid edirik".
 
C. Uorlik çıxışında bildirib ki, son 20 ilin azərbaycanlı icma üçün hәddindәn artıq çәtin keçdiyi barədə məlumatlıdırlar: "Ötәn dәfә Bakıda olanda mәcburi köçkünlәrlә görüşdük. Ailәdә olduq, onların öz vәtәnlәrinә necә qayıtmaq istәdiklәrini gördük. Bu görüş bizi çox tәsirlәndirdi. İrәvanda da dediyim kimi, qaçqın problemi hәll olmadan, onlar öz torpaqlarına qayıtmadan, hәrtәrәfli hәllә nail olmaq mümkün deyil. Biz bunu prezidentlәrlә, nazirlәrlә görüşlәrdә də qeyd edirik. Biz görüşlәrdә xalq diplomatiyası mәsәlәsini dә qaldırırıq. Hesab edirik ki, bu çox vacib mәsәlәdir".
 
Fransalı hәmsәdr P. Andryu bildirib ki, bu münaqişәsinin həllində qaçqın faktorunin vacibliyi anlayırlar: "Biz hәr dәfә görüşәndә bu mәsәlәni müzakirә edirik. Biz BQXK ilә görüşlәrdә Qarabağ müharibәsindә ölәnlәrin müәyyәblәşdirilmәsi barәdә dә tәşәbbüs irәli sürmüşük. Bu proses hәm Azәrbaycanda, hәm dә Ermәnistanda gedir".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol