• $
  • €
  • ₽
  • ₺
  • £

Seçkiləri izləyəcək avstraliyalı parlamentarilər yerli jurnalistlərlə görüşdü

Seçkiləri izləyəcək avstraliyalı parlamentarilər yerli jurnalistlərlə görüşdü
29.05.2020 08:20
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya İttifaqı parlamentinin deputatları Bakıda bir qrup jurnalistlə görüş keçiriblər.

Avstraliya parlamenti Senatının üzvü David Johnston, Nümayəndələr Palatasının üzvləri Luke Simkins, Alan Griffin, xanım Sharman Nansy Stonoe, Laurie Ferguson, Avstraliya-Azərbaycan dostluq cəmiyyətinin rəhbəri Con Hammond və Avstraliyada yaşayan Azərbaycan icmasının nümayəndəsi Aydan Rzayevanın qatıldığı görüş "Four Seasons Baku” otelinin konfrans zalında baş tutub.

"Yeni Müsavat” qəzetindən Elşad Paşasoy, "Türküstan” qəzetindən Aqil Camal, "Xalq Cəbhəsi” qəzetindən Əli Zülfüqarğlu, ”Moderator.az” saytından Zülfüqar Hüseynli, "ANN.az” saytından Zülfiyyə Səfxanova və "Bizim Yol” qəzetindən Rəşad Vaqifoğlu qonaqları maraqlandıran sualları cavablandırıblar.

Seçkiləri müşahidə edəcək avstraliyalı parlamentariləri əsasən Azərbaycanda seçkiqabağı vəziyyət, təbliğat-təşviqat kampaniyasının gedişi, seçki proseslərinin KİV-də işıqlandırılması və s. məsələlər maraqlandırıb.

Media nümayəndələri qonaqların maraqlandırılan məsələlərə hərtərəfli aydınlıq gətirərək, KİV-in seçki prosesində oynadığı vacib rolu xüsusi vurğulayıblar.

Həmçinin jurnalistlər nümayəndə heyətinə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqşəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı da məlumat veriblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol