• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Rusiya mütəxəssisləri birgə məruzə hazırladılar

Azərbaycan və Rusiya mütəxəssisləri birgə məruzə hazırladılar
29.10.2015 17:54
"Rossiya seqodnya" Beynəlxalq multimedia mətbuat mərkəzində təşkil olunmuş Moskva-Bakı videokörpüsü çərçivəsində məruzənin təqdimatı keçirilib.

Sputnik Azərbaycan beynəlxalq informasiya agentliyi sputnik.az portalında Azərbaycan və rus dillərində «Parlament seçkiləri» bölməsini oxuculara təqdim edib. Burada ölkədə 2015-ci ilin parlament seçkilərinin ən mühüm xəbərləri toplanıb. Bölmədə seçkiqabağı tədbirlərin bütün mərhələləri barədə məlumatları və Azərbaycanda seçki ərəfəsində ictimai-siyasi durum haqda şərh və təhlilləri yerləşdirilib.

Sputnik Azərbaycan bununla yanaşı "Azərbaycan seçkilər ərəfəsində: iqtisadiyyat, siyasət, inteqrasiya" adlı məruzənin hazırlanmasına cəlb edilmiş Azərbaycan və Rusiya siyasətşünas, iqtisadçı və KİV nümayəndələrindən ibarət qrupda iştirak edib. "Rossiya seqodnya" Beynəlxalq multimedia mətbuat mərkəzində təşkil olunmuş Moskva-Bakı videokörpüsü çərçivəsində məruzənin təqdimatı keçirilib. Sputnik Azərbaycan-ın baş redaktoru Gülnarə Məmmədzadə videokörpüdə deyib: "Sputnik Azərbaycan ölkənin əsas KİV-lərind’n biri kimi seçki kampaniyasını hərtərəfli və geniş işıqlandırır. Bizim imkanlarımız və təcrübəmiz bunu bir qədər başqa cür, seçkilər barədə xüsusi məruzə formatında etməyə şərait yaradır. Bu məruzədə ölkədəki seçkiqabağı vəziyyət və qarşıdan gələn parlament seçkilərinin ölkənin inkaşıfına təsiri təhlil edilir". G.Məmmədzadə həmçinin, məruzənin hazırlanmasında Azərbaycan ekspertlərinin dəfələrlə Sputnik Azərbaycanın materiallarına müraciət etdiklərini vurğulayıb. Azərbaycanda parlament seçkiləri 2015-ci il 1 noyabr tarixində keçiriləcək. Mərkəzi seçki komissiyası tərəfindən 1200 nəfərdən çox adam namizəd kimi qeydə alınıb. Seçki günü səsverməni təxminən 60 min yerli və 500 xarici müşahidəçi izləyəcək. Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol