• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya ilə Qərb arasında Qarabağa görə qarşıdurma yarana bilər

Rusiya ilə Qərb arasında Qarabağa görə qarşıdurma yarana bilər
09.11.2015 16:57
Beynəlxalq Böhran Qrupunun Türkiyə və Cənubi Qafqaz məsələləri üzrə analitiki Nigar Göksel Suriya münaqişəsi fonunda Ankara-Yerevan münasibətlərini, həmçinin Dağlıq Qarabağ problemini şərh edib.

Modern.az saytının verdiyi xəbərə görə, o erməni jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Suriya konfliktinin nəticələri həm Türkiyəni, həm də Qafqaz regionunu düşündürür.  
Onun fikrincə, Suriya böhranı fonunda Türkiyənin Ermənistanla əlaqələri normallaşdırmaq üçün təşəbbüs göstərəcəyi inandırıcı görünmür. Bununla paralel olaraq ekspert deyib ki, Suriya problemi Türkiyənin Cənubi Qafqazla bağlı planlarının həyata keçməsinə imkan vermir.

"Hazırda Türkiyə ilə Qərb arasında Suriyaya görə yüksək səviyyədə danışıqlar üstünlük təşkil edir. Avropa dövlətlərini, Türkiyəni hazırda "İslam dövləti” (İŞİD), miqrant problemi narahat edir. Belə bir məqamda siyasi üfüqdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması görünmür”.

Rusiyanın Bəşər Əsəd hakimiyyəti dəstəkləməsinin Kremllə Ankaranın münasibətlərinə təsirindən də söz açan Nigar Göksel qeyd edib:  

"Moskva ilə Ankara arasında Suriya münaqişəsi nəticəsində gərginlik artıb. Həmçinin Rusiyanın Qafqazda təsir rıçaqlarının artması Türkiyəni ehtiyatlı edə bilər”.

Politoloq düşünür ki, Dağlıq Qarabağ ətrafında satus-kvovun dəyişdirilməsi cəhdi Qərblə Rusiyanın mübarizəsi fonunda təhlükəli xarakter daşıyır.  

"Moskva, Ankara və Qərb anlayır ki, status-kvonun dəyişdirilməsi Azərbaycan-Türkiyə-Ermənistan arasındakı münasibətlərdə balansı poza bilər. Buna görə də istənilən yeni iddialı təşəbbüslər çox risklidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə vəziyyət Rusiya və Qərb arasında konfrontasiyaya, qarşıdurmaya çevrilə bilər”.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol