• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA üzvü: Bu sənəd Azərbaycanın böyük uğurudur

AŞPA üzvü: Bu sənəd Azərbaycanın böyük uğurudur
10.11.2015 21:56
"Qarabağla bağlı real vəziyyətdən xəbəri olan deputatların sayı artır”.

Oxu.Az Avropa Şurası Parlament Assambleyasının ispaniyalı üzvü cənab Arkadio Diaz Tejera ilə müsahibəni təqdim edir.

- Cənab Diaz, Siz AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsinin üzvüsünüz. Məlum olduğu kimi, təmsil edildiyiniz komitə 2015-ci il 4 noyabr tarixində Parisdə məruzəçi cənab Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın artması” məruzə layihəsini qəbul etmişdir. Bu layihə barədə nə deyə bilərsiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, bu sənəd Azərbaycanın böyük uğurudur və işğal altında qalan torpaqların geri qaytarılması ilə bağlı aparılan sülh danışıqları üçün əldə etdiyi ən tutarlı arqumentdir. Belə bir sənədin qəbul edilməsi həmçinin onu göstərir ki, AŞPA-da Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı real vəziyyətdən xəbəri olan deputatların sayı artır və onlar obyektiv olaraq sizin ölkəni dəstəkləməyi özlərinə mənəvi borc sayırlar.

- Siz, məruzəyə əlavə edilən 3 düzəlişlərə imza atan şəxslərdən birisiniz. Bu düzəlişlərin mahiyyəti barədə nə deyə bilərsiniz?

- Əvvəla onu qeyd edim ki, Azərbaycan üçün olduqca əhəmiyyətli bu məruzənin meydana gəlməsində həmkarım, Azərbaycan parlamentinin üzvü Elxan Süleymanovun müstəsna xidmətləri var. Demək olar ki, 3 ildir bu insan yorulmadan bu istiqamətdə fəaliyyət göstərdi, məruzəçinin təyin olunmasına nail oldu, məruzəçi Azərbaycana səfər etdi və qətnamə meydana gəldi.

Qeyd etdiyiniz 3 düzəlişin də müəllifi o özüdür. Məruzəçi cənab Volterin hazırladığı məruzədə bəzi dəqiqsizlikləri aşkar edən cənab Süleymanov həmin düzəlişləri dərhal tərtib etdi və AŞPA-dakı digər həmkarları cənab Tadeuş İvinski və məndən imzalanmasını xahiş etdi. Komitənin iclası zamanı bəlli oldu ki, həmin düzəlişlərə Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Seyidov da qoşulub. 

Qətnaməyə edilən düzəlişlərdən sonra Azərbaycan torpaqlarının hələ də işğal altında olması faktı qeyd olunur, D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış "məhkəmələri” tərəfindən qanunsuz məhkum edilməsi və orada həbslərinin davam etməsinə birbaşa aidiyyəti olan bütün tərəfləri işğalçı qüvvə olan Ermənistan tərəfindən dərhal azadlığa buraxılmasını təmin etməyə çağırır.

Bundan başqa, Assambleya yenidən Avropa Şurası baş katibini Minsk Qrupunun prinsiplərinə müvafiq olaraq, Ermənistan və Azərbaycana xüsusi dəstək üçün qarşılıqlı barışıq proseslərinə yönəlmiş fəaliyyət planı irəli sürməyə və Ermənistan və Azərbaycan ilə bağlı addıma qərar verərkən bu qətnaməni nəzərə almağa çağırır.

Assambleya Ermənistanın Parlament Assambleyasındakı nümayəndə heyəti və Ermənistan hökumətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etmədiyini kəskin pisləyir. Assambleya hesab edir ki, belə rəftar Ermənistanın Avropa Şurası qarşısındakı öhdəliklərinə ziddir və bu mənada hansı tədbirlər görülə biləcəyini nəzərdən keçirməyi və gələcəkdə məruzəçilərin öz mandatlarını icra etməsinə maneə yaradılmayacağını təmin etməyi tapşırır.

- Bu qətnamə AŞPA-nın 2016-cı ildə keçiriləcək yanvar sessiyasında müzakirəyə çıxarılacaq. Sizcə, Ermənistan hökuməti bu sənədin əngəllənməsi istiqamətində fəaliyyəti öz bəhrəsini verə bilərmi?

- Mən bir az əvvəl qeyd etdim ki, dövlətinizin, nümayəndə heyətinizin, ayrı-ayrı deputatlarınızın AŞPA və başqa beynəlxalq təşkilatlarda apardıqları iş artıq özünü göstərir. Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı real vəziyyətlə daha çox avropalı deputat və siyasətçi tanış olur. Bu baxımdan, əminliklə deyə bilərəm ki, yanvar sessiyasında Ermənistan hökumətinin səylərinə baxmayaraq, məruzə təsdiq ediləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol