• $
  • €
  • ₽
  • ₺
  • £

Terrorizmlə mübarizə sahəsində prokurorların rolu müzakirə edildi

Terrorizmlə mübarizə sahəsində prokurorların rolu müzakirə edildi
29.05.2020 02:22
Noyabrın 9-dan 12-dək Rusiya Federasiyasının Soçi şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) "Terrorizm və zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün 7-ci regional konfrans keçirilib.

Otuzdan artıq ölkənin prokurorluq orqanlarının və beynəlxalq təşkilatların iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi, BPA-nın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovdan ibarət nümayəndə heyəti təmsil edib.

Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka və BPA-nın prezidenti Gerhard Yaroş tədbirdə çıxış edərək son dövrlər artma tendesiyaları müşahidə edilən terrorizmə və ekstremizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və bu prosesdə prokurorların rolunun vacibliyini qeyd ediblər.

Konfransda terrorizm və zorakı ekstremizmlə mübarizədə yeni çağırışlar, ayrı-ayrı ölkələrin prokurorluq orqanları tərəfindən tətbiq edilən təcrübə və mexanizmlər, bu bəşəri bəlaya qarşı beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər müzakirə edilib.

Tədbirin plenar iclasında çıxış edən Baş prokurorun müavini K.Əliyev ölkəmizin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə sahəsində qəbul edilən bütün beynəlxalq və regional konvensiyalara qoşulduğunu bildirilib.  Həmin fəaliyyət strategiyasının banisinin xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayan natiq, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının beynəlxalq antiterror koalisiyasının, o cümlədən enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatların həyata keçirilməsində fəal iştirakçılardan birinə çevrildiyini xüsusi qeyd edib.

Bildirilmişdir ki, ölkəmiz ötən əsrin sonlarında terrora məruz qalaraq 20% ərazisi Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal olunmuş və nəzarətdən çıxan həmin ərazilər terrorçular üçün düşərgələrin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradır.

Konfransın plenar iclasına sədrlik edən Azərbaycan nümayəndə heyətinin rəhbəri terrorçuluğa qarşı mübarizədə prokurorluğun rolu, ölkəmizdə bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar, milli konsepsiya və praktiki mexanizmlər barədə ətraflı məlumat verib.

Tədbirin sonunda terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə prokurorluq orqanları tərəfindən beynəlxalq əməkdaşlığın davam etdirilməsi, genişləndirilməsi və bu istiqamətdə bütün lazımi səylərin göstərilməsi qərara alınıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti BPA, Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Ukrayna və digər ölkələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol