• $
  • €
  • ₽
  • ₺
  • £

Antalyada G20 liderlərinin sammiti öz işinə başlayır

Antalyada G20 liderlərinin sammiti öz işinə başlayır
15.11.2015 09:30
Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi hadisəsi hesab edilən G20 ("böyük iyirmilik”) ölkələrinin liderlərinin iki gün (15-16 noyabr) davam edəcək sammiti öz işinə başlayır.  APA-nın məlumatına görə, bu il G20-yə sədrlik edən Türkiyənin təşəbbüsü ilə sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib.    
 
Sammitin yekun kommünikesi daxilində terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir.       
 
Qeyd edək ki, Türkiyə hakimiyyəti Antalya bölgəsində sammit ərəfəsində misilsiz təhlükəsizlik tədbirləri həyata keçirib.  
 
Belə ki, sammitin keçiriləcəyi Antalyanın Belek rayonunun böyük hissəsində turistlər, həmçinin özəl və bələdiyyə nəqliyyat vasitələri ərazidən tamamilə uzaqlaşdırılıb, şəhərə bütün giriş-çıxışlar ciddi  nəzarətə alınıb. Sammitin işinə qırmızı, yaşıl və bənövşəyi zonalarda yerləşən 41 otel cəlb olunub. Otellərin bir hissəsinin isə fəaliyyəti müvəqqəti olaraq tamamilə dayandırılıb.
 
Sammitin keçiriləcəyi dövrdə təhlükəsizliyin təmin olunmasına 1,4 min yol polisi və 12 min polis əməkdaşı cəlb olunub. Belek ətrafında su məkanı sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən diqqətlə yoxlanılaraq, su attraksionları və paraşütlə tullanma kimi əyləncələr üçün tamamilə bağlanıb, çimərlik zonaları isə hasarlanıb.    
 
Bölgə administrasiyası tərəfindən noyabrın 9-dan 18-dək hər-hansı mitinq, nümayiş, yürüş, tətil, ictimai və ya etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub.    
 
Yerli mətbuatın məlumatına görə, sammitə hazırlıq işlərinə 100 mln dollardan çox vəsait sərf edilib.   
 
Qeyd edək ki  G20-də daimi üzv statusuna 19 dövlət və Aİ malikdirlər – Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Cənubi Koreya və Yaponiya.
 
Azərbaycan və Sinqapur G20-yə sədrik edən Türkiyə tərəfindən sammitə fəxri qonaq qismində dəvət olunublar.  
 
Qeyd edək ki, Parisdə noyabrın 13-də törədilmiş qanlı terror aktları səbəbindən Fransa prezidenti Fransua Olland sammitdə iştirak etməkdən  imtina edib.   
 
Parisdəki faciə ilə əlaqədar sammitin proqramında iştirakçılar üçün nəzərdə tutulmuş konsert və əyləncəli tədbirlər ləğv edilib.   








www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol