• $
  • €
  • ₽
  • ₺
  • £

İran səfiri: “Etirazlara səbəb olan proqramda səhvə yol verilib”

İran səfiri: “Etirazlara səbəb olan proqramda səhvə yol verilib”
17.11.2015 10:48
"İran televiziyasında efirə gedən verilişdə hazırlanan yumor və deyilən sözlər xoş deyildi".

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran televiziyasında efirə gedən verilişdə azərbaycanlıların təhqir olunması və İrandakı azərbaycanlıların buna etirazına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu, qəsdən edilməyi, "Fitilə" proqramında səhvə yol verilib: "Bu proqram 10 ildir, nümayiş olunur, yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulub. Veriliş heç bir halda İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara hörmətsizlik etmək fikrində olmayıb. Hətta proqramı hazırlayan və efirə verən də Azərbaycan dillidir. Verilişdən sonra o, İran televiziyasında Azərbaycan dilində çıxış edərək azərbaycanlılardan üzr istəyib. İranın radio və televiziya təşkilatının sədri də bu hadisəyə görə üzrxahlıq edib. Televiziyada olan digər məsul şəxslər üzr istəyərək bildiriblər ki, bu, qəsdən edilməyib, səhvən olub. Bu hadisə başqa ölkədə də baş verə bilər. Təəssüfləndirici hal bundan ibarətdir ki, üçüncü qüvvələrə bağlı olan qruplar bu hadisədən istifadə edib iki ölkə arasındakı münasibətləri korlamağa çalışdı və separatçı şüarlar səsləndirdi. Hətta bu gün də 30 nəfərlik kiçik qrup səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi, separatçı şüarlar dilə gətirdi. İran azərbaycanlılarının sayı 30 milyondan çoxdur. Onlar da bu verilişə görə narahatlıqlarını bildirdilər. Onlar heç zaman icazə verməzlər ki, hansısa qruplar bu məsələdən istifadə edib ambisiyalar irəli sürsün, İrana qarşı hər hansı separatçılıq iddiaları səsləndirilsin. Mən Azərbaycanın məntiqli, ziyalı və müdrik xalqına təşəkkür edirəm ki, kiçik qrupların elədiyi bu səs-küyə uymayıb, onların iddialarını heçə saydı".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol