• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib”

İlham Əliyev: “Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib”
17.11.2015 13:50
 "Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlıq daim artmaqdadır.

 O cümlədən Türkiyə ilə energetika sahəsində tərəfdaşlıq regional tərəfdaşlıqdan qlobal tərəfdaşlığa keçib. Biz Türkiyə ilə birgə mühüm energetika layihələrini çox uğurla həyata keçiririk”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Böyük İyirmiliyin” Antalya sammiti çərçivəsində keçirilən işçi lançda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan XIX əsrin ortalarında neftin çıxarıldığı ilk ölkədir: 

"Sonradan XX əsrin ortalarında Abşeronda neft hasil olunmağa başladı. İndi, XXI əsrdə biz Cənub Qaz dəhlizi layihəsini həyata keçiririk. Artıq xeyli hissəsi gerçəkləşdirilmiş bu layihə Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə uğurla reallaşır. Mən Türkiyə və Azərbaycanı, Xəzər və Aralıq dənizini birlşdirən layihəni nəzərdə tuturam. Bu tarixdə ilk hadisidir. Həmçinin Türkiyə və Azərbaycanı birləşdirən qaz boru kəmərini qeyd edirəm. Beləliklə də biz təkcə neft deyil, həm də qaz ixracatçısı ölkəsinə də çevrilirik. Hər iki layihə təxminən 10 il bundan əvvəl həyata keçirilməyə başlayıb. Onların fəaliyyəti bizə daha çox neft və qaz satmağa, tərəfdaşlarımıza isə alternativ enerji mənbələrindən istifadə etməyə kömək edir. Məlum olduğu kimi, Xəzər dənizinin Dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə tərəfdaşlarımızla birgə işə başladıq. O vaxtan bu tərəfdaşlıq uğurla davam edir. Mən həmçinin demək istəyirəm ki, ölkələrimiz və dostlarımız arasında olan bu tərəfdaşlıq sayəsində bizə bu layihələri həyata keçirməyə imkan verib. Biz ümid edirik ki, "Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək. Mən dəstəyə və eyni istiqamətdə irəli hərəkət etməyimizə görə prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bizim yaxşı investorlarımız var. Həmçinin Birləşmiş Ştatların bütün reallaşan layihələrə dəstək verdiyinə görə Prezident Obamaya minnətdarlığımı bildirmək istərdim. Bu dəstək olmadan biz xüsusilə 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Biz həmçinin Böyük Britaniyanın baş naziri Kemerona təşəkkür etmək istərdim. Böyük Britaniya artıq 20 ildən çoxdur kİ, Azərbaycanda ən böyük sərmayədardır. Və bu, bizə həm ticarətdə, həm də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək səviyyəyə çatdırmağa imkan verdi. Mən dostum Renziyə bununla bağlı təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək. Qırx beş milyard dollar həcmində olan sərmayələr Xəzər dənizi sahilində hasil edilən qazın nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökümətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz həmin əlaqələndirmənin, əməkdaşlığın artıq nəticələrini görürük. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların deyil – halbuki, bu əhəmiyyətlidir - həm də, mənbələrin şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçn yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək və Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bütün məqsədlərə nail olmaq üçün biz bütün tərəflər üçün əlverişli vəziyyəti yaratmalıyıq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol