• $
  • €
  • ₽
  • ₺
  • £

​Vasif Talıbov: "Heç bir qüvvə, kənar təsir Azərbaycanı yolundan döndərə bilməz"

​Vasif Talıbov: "Heç bir qüvvə, kənar təsir Azərbaycanı yolundan döndərə bilməz"
29.05.2020 05:03
 "Qarşıdakı dövrdə də fəaliyyətimizi gücləndirməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələrinin yaradılmasını təmin etməli, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq".

"Report" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Məclisin sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Ali Məclisin ötən çağırışdakı fəaliyyət dövründə muxtar respublikada inkişaf təmin edilib, yeniləşməyə nail olunub: "Ali Məclisin ötən çağırışdakı fəaliyyət dövründə muxtar respublikada inkişaf təmin edilib, yeniləşməyə nail olunub. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən quruculuq xətti davam etdirilib, idarəetmə orqanlarının məsuliyyəti artırılıb. Əminliklə demək olar ki, ötən beş ildə nəzərdə tutulan proqramlar icra olunub, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılıb, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün tədbirlər görülüb. Azərbaycanda və onun Naxçıvanda əldə olunan bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvanda da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol