• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda rayonların qaytarılması müzakirə edilir

İrəvanda rayonların qaytarılması müzakirə edilir
19.11.2015 22:29
Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə gizli Qarabağ müzakirələri aparılır. 

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı yazır ki, müzakirələrdə əsas diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı irəli sürdüyü təkliflərə yönəldiləcək. 

Erməni mətbuatı Sergey Lavrovun noyabrın əvvəlində Ermənistana etdiyi səfərinin məhz Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması ilə bağlı olduğunu yazırdı. İrəvanda dərc olunan "Haykakan jamanak” qəzeti noyabrın 10-da yazmışdı: "Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni xəlvəti proses gedir. Bunun əsas təsəbbüşkarı Rusiyadır. Söhbət Qarabağda bir neçə rayonun Azərbaycana qaytarılmasından gedir. Hökumətə yaxın mənbələrdən alınan məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu təhvil verməyə razı salmağa çalışır. Bununla da Azərbaycanı Avrasiya İttifaqına girməyə razılığını almaq istəyir. Həmin mənbələr iddia edir ki, Sergey Lavrovun İrəvana dünənki səfərinin əsas məqsədi məhz bu olub”.

Amma erməni mətbuatını izlədikdə Ermənistan ictimai fikrinin heç də Azərbaycanın işğal edilmiş hansısa bir rayonunu geri qaytarmaq niyyətinin olmadığını göstərir. Fransada baş vermiş terrordan sonra ermənilər özlərini bir anlığa xristian - müsəlman cəbhəsinin ön sırasında hiss eləməyə başlayıblar. Buna görə də ümid edirlər ki, xristian Qərb müsəlman Azərbaycana qarşı mübarizədə Ermənistana dəstək verəcək. Bəzi erməni portalları hətta Qarabağı bu mübarizənin ön cəbhəsi kimi qələmə verməyə başalayıblar. Bu baxımdan Ermənistan parlamentinin ictimai rəyi ayaqlayaraq Azərbaycanın xeyrinə hansısa addım ata biləcəyi inandırıcı görünmür. 

Amma millət vəkili Fazil Mustafa məsələnin Rusiyanın maraqlarına uyğun gəldiyi məqamda Ermənistan ictimai rəyinin heç bir qiymətinin olmayacağını bildirir: "Rusiya Ermənistandan rayonları qaytarmağı tələb edən zaman ictimai rəyə baxan kimidir? Deputatlar da, Ermənistan rəhbərliyi də sakitcə Rusiyanın göstərişinə əməl edəcəklər. İctimai rəy nə edə bilər ki? Sakitcə razılaşacaqlar. Amma hələ ki, Rusiyanın belə bir tələbi görünmür. Yəni o müzakirələrin Qarabağla bağlı olduğu inandırıcı görünmür”,- deyə Fazil Mustafa ANS PRESS-ə bildirib. 

Oxşar fikir ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin bu günlərdə yazdığı bir məqalədə də vurğulanır. Keçmiş səfirin yetərincə təzadlı fikirləri arasında bir fikri məntiqli görünrüdü: Rusiya heç zaman Ermənistanı Azərbaycanla müharibədə tək buraxmayacaq, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu məsələyə cəlb etməyə çalışaq. Yəni Azərbaycan tək Ermənistanla deyil, həm də Rusiya ilə vuruşmalı olacaq. 

Millət vəkili Fazil Mustafa bu məsələni Azərbaycanın da çox gözəl anladığını bildirir: "Amma sonuncu ümid ölmür. Azərbaycan sona qədər öz torpaqlarının geri qaytarılmasına çalışacaq. Təbii ki, Rusiyanın məsələyə müdaxilə ehtimalı da nəzərdə qaçırılmır”. 

Məhz bu yanaşma Azərbaycanın yaxın və uzaq perspektivdə xarici siyasətinin əsas istiqaməti olmalıdır. Qarabağ məsələsi şər işdir və atalar demişkən, şər işi uzatmaqla xeyrə çatmaq mümkündür. Bu münaqişə Azərbaycan regional səviyyədə ən güclü və yetərincə peşəkar bir ordu qurmağa imkan verib. Amma bu münaqişəni nəzərə alaraq Azərbaycan regional supergüclərlə də vuruşmağa qadir ordu qurmalıdır. İsrailin təcrübəsi göstərir ki, bu məsələdə ölkənin böyüklüyünün, ya kiçikliyinin heç böir önəmi yoxdur. Güclü iqtisadiyyat və texnoloji inkişaf lazımdır ki, Azərbaycanın öz iqtisadiyyatının şaxələndiriliməsi üzrə gerçəkləşdirdiyi proqramlar bu hədəfə çatmağa imkan verəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol