Dövlət Gömrük Komitəsi: Rusiya ilə sərhəddə hər hansı problem yoxdur

Rusiyanın yol vergisi ilə bağlı ölkə qanunvericiliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub. Nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin bəziləri tətil elan edərək işi dayandırıb.
Dövlət Gömrük Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhədi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.
Dövlət Gömrük Komitəsi bildirir ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.
Xatırladaq ki, yaranmış problemin həlli ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiya Federal Gömrük Xidmətinə müraciət edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























