• $
  • €
  • ₽
  • ₺
  • £

“Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması üzrə işlər normal gedir”

“Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması üzrə işlər normal gedir”
20.11.2015 18:31
"Ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu münasibətlər və qarşılıqlı hörmət əsasında bu sazişi imzalamağa hazırıq”
 
"Dost bildiyimiz, bizimlə sıx əməkdaşlıq edən Avropa İttifaqı bizi özünə sıx bağlamaq istəyir, assosiasiya sazişi təklif edir. Bəs nə üçün assosiasiya sazişi ilə bağlı mətndə bizim ərazi bütövlüyümüzü tanımırlar?! Azərbaycanda özünü müxalif qüvvə adlandıranlar bu barədə heç vaxt danışmırlar”.
 
APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə ən sıx və geniş əməkdaşlıq edən dövlətlərdən birincisidir: "Biz onlara bildirdik ki, Moldovaya təklif edilən assosiasiya sazişinin mətnində Avropa İttifaqının bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyi yazılırsa, bəs niyə Azərbaycanla bağlı mətndə bu yazılmır? O zaman soruşdular ki, bəs siz nə istəyirsiniz? Biz Avropa İttifaqına strateji tərəfdaşlıq haqqında saziş təklif etdik. O zamandan indiyə qədər bu sənəd üzərində işləyirlər. İşlər normal gedir. Bizim mövqeyimizin ədalətli olduğunu başa düşürlər. Bir az fikirləşdikdən sonra biri digərinə deyəcək ki, Azərbaycan düz deyir, biz Azərbaycana qarşı niyə belə edək, Ermənistan 25 ildir bu ölkənin ərazilərini işğal altında saxlayır. Düşünürəm ki, bu istiqamətdə atılan addımlar nəhayət, Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin həddi-buluğa yetişməsinə gətirib çıxaracaq. İstədiyimiz də budur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalansın”.
 
N. Məmmədov Avropa İttifaqının Ermənistanla da assosiasiya sazişi imzalamaq istəməsini tənqid edib: "Ermənistanın indi harada təmsil olunduğu məlumdur. Belə yanaşma olmaz axı, bir mövqe, bir prinsip olmalıdır. Biz deyirik ki, Azərbaycan bu gün Avropanın 8 mühüm dövləti ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb və Avropa İttifaqı ilə də strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir. Biz istəyirik ki, bərabərhüquqluluq, qarşılıqlı hörmət şərtləri qorunsun. Ərazi bütövlüyümüz də daxil olmaqla, bu şərtlər qorunub saxlanacaqsa, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişi imzalayacağıq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol