• $
  • €
  • ₽
  • ₺
  • £

Ayaz Mütəllibov: “Türkiyə tolerantlıq göstərməli idi"

Ayaz Mütəllibov: “Türkiyə tolerantlıq göstərməli idi"
25.11.2015 13:15
"Türkiyəyə lazım idimi təyyarəni vurub, iri layihələrinin üstündən xətt çəksin” - Azərbaycanın sabiq prezident Ayaz Mütəllibov Türkiyə səmasında Rusiyaya məxsus təyyarənin vurulması məsələsinə belə münasibət bildirib.

Sabiq prezidentin sözlərinə görə, bu hadisənin  Azərbaycana hər hansı mənada təsiri olmayacaq: "Çünki Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasətini həyata keçirir. Bundan başqa Azərbaycan hər iki ölkə ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar da yüksək səviyyədə həyata keçirilir. Bu səbəbdən hərbi təyyarənin vurulmasının Azərbaycana bilavəsitə təsiri olmayacağını düşünürəm. Çünki bu Türkiyə-Rusiya arasında olan bir münaqişədir". 

Ayaz Mütəllibov hələ vəzifədə olarkən Türkiyəyə Rusiya ilə əlaqələrini genişləndirməklə bağlı tövsiyyələr verdiyini xatırladıb: "Vəzifədə olduğum müddətdə Türkiyəyə səyahət edərkən, türk siyasətçilərinə (o zamankı siyasətçilərdən söhbət gedir - red.) tövsiyyə olaraq deyirdim ki, siz Rusiya ilə əlaqələrinizi daha da genişləndirin. Çünki, Rusiyanın geniş bazarında  müxtəlif iri dövlətlərin maraqları var. Siz də bu ölkələrlə mütəffiqlik edərək əlaqələrinizi daha da genişləndirə bilərsiniz. Baxmayaraq ki, NATO-nun üzvüsünüz, amma ən yaxın qonşunuz Rusiyadır. Bu yaxın qonşuluq siyasətindən də yararlanmağa çalışın. Azərbaycana gəldikdə isə o zaman bildirmişdim ki, biz həm qardaş Türkiyə ilə, həm də Rusiya ilə əlaqələrimizi hər zaman davam etdirəcəyik. Türkiyə sakinləri hətta bu tövsiyyəmi çox bəyənmişdilər". 

Eks-prezident sonda əlavə edib ki, son zamanlar Türkiyə ilə Rusiya arasında böyük iqtisadi layihələrə baxılırdı: "Bu da Türkiyə üçün iqtisadi baxımdan əlverişli fürsət idi ki, bundan yararlansın. İndi isə o layihələrin taleyi nə olacaq sual altındadır. Lazım idimi, o təyyarəni vurub, bu qədər layihələrin üstündən xətt çəksin? Zənnimcə yox. Türkiyə tolerantlıq göstərərək o təyyarəni vurmaya bilərdi".

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus "S-24” qırıcı təyyarəsi  Türkiyə hava məkanı sərhədini pozub. Türkiyə tərəfinin iddasına əsasən, 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq qırıcı təyyarə həmin ərazidən uzaqlaşmayıb. Nəticədə isə təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Rusiya Müdafiə Nazirliyi Suriya-Türkiyə sərhədində "Su-24” təyyarəsinin vurulması faktını təsdiqləyib.  

Orxan Aslanlı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol