• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya "erməni soyqırımı"nı tanımaq istəyir

Rusiya "erməni soyqırımı"nı tanımaq istəyir
26.11.2015 17:50
"Ədalətli Rusiya" partiyası qondarma erməni soyqırımını inkar edənləri cəzalandırmağı təklif edib.

ANS PRESS-in məlumatına görə, partiya üzvləri "soyqırım"ı inkar edənləri 5 il müddətinə azadlıqdan məhrum etməyə, yaxud onları 500 min rubl (8 min 50 manat) məbləğində cərimələməyi istəyirlər.

Bu haqda qanun layihəsini Rusiya Dövlət Dumasına bir qrup deputat təklif edib. Layihəni "Ədalətli Rusiya"nın lideri Sergey Mironov da dəstəkləyib.

Qanun layihəsində erməni xalqının Qərbi Ermənistan və Osmanlı Türkiyəsində 1915-ci ildən 1922-ci ilə qədər olan dövrdə "soyqırım"ı faktını inkar etməyə görə, eyni zamanda "bu cinayətlərin" təqdir edilməsinə görə 300 min rubl (4 min 830 manat) və ya 2 il ərzində əməkhaqqı dəyərində cərimələməklə, yaxud 3 il müddətinə azadlıqdan məhrum etməklə cəzalandırmaq təklif edilir.

Əgər bu, kütləvi informasiya vasitələrinin köməyilə edilibsə, cərimənin ən yüksək həddini 500 min rubla (8 min 50 manat) qədər artırmağın mümkün olduğu bildirilib. Belə olan halda azadlıqdan məhrum olma müddəti isə 5 ilə qədər artırıla bilər.

Türkiyənin F-16 qırıcısı Rusiyanın Su-24 hərbi təyyarəsini vurandan sonra 2 ölkə arasında münasibətlərin gərginləşdiyi bir dövrdə belə bir təklifin irəli sürülməsi o qədər də təəccüblü deyil. Hər iki ölkənin rəsmi şəxsləri münasibətlərin korlanmamasını istədiklərini bildirsələr də, Rusiyanın müxtəlif qurumları və partiya nümayəndələri öz narazılıqlarını və etirazlarını gizlətmirlər.

Məsələn, Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Aya Sofyanı Ortodoks Kilsəsinə qaytarmasını istəyib. Ayasofya Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəddir.

Ümumiyyətlə, Rusiyada "erməni soyqırımı" ilə bağlı təklif edilən bu qanun layihəsi daim Türkiyəyə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə edilib və Fransada bir neçə il əvvəl - 2012-ci ilin əvvəlində qəbul edilib. Bundan başqa, qondarma erməni soyqırımı ilə bağlı karikaturalar dərsliklərə də salınmışdı.

Coğrafiya və tarix dərsliklərində çap edilmiş karikaturanın altında bunlar yazılıb: "Bu rəsmdən nə başa düşürsünüz və bu karikaturaya görə Türkiyə niyə AB-yə üzv ola bilməz?"

Lakin Fransadan fərqli olaraq, qonşu Rusiyada bu qanun layihəsinin qəbul edilməsi tək türklərin deyil, azərbaycanlıların da narazılığına səbəb olacaq. Çünki qəbul edilən qərar Rusiyada yaşayan yüz minlərlə azərbaycanlıya da şamil ediləcək.

Eyni zamanda Rusiya bu qərarla təkcə Türkiyədən vurulan Su-24-ə görə intiqam almayacaq. Bu həm də Azərbaycanın torpaqlarını işğal etmiş və hələ də bu torpaq iddialarından əl çəkməyən Ermənistanın saxta tarixini dəstəkləmiş olacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol