Davudoğlu sabah Azərbaycana gələcək

Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana iki günlük rəsmi səfərə gələcək.
Modern.az Türkiyə mediasına istinadən bildirir ki, bu ölkənin Nazirlər Kabinetinin mətbuat mərkəzindən verilən məlumata görə, Davudoğlunun səfəri dekabrın 3-4-də reallaşacaq.
Səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək və heyətlərarası görüşlər keçirəcək baş nazir Davudoğlu, daha sonra baş nazir Artar Rəsizadə ilə də bir araya gələcək.
Görüşlərdə ikitərəfli əlaqələr ilə yanaşı Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələlər əhatəli şəkildə müzakirə ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























