• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: “Azərbaycanda kimlərsə hansısa dövlətin modelini tətbiq etmək istəyir”

Siyavuş Novruzov: “Azərbaycanda kimlərsə hansısa dövlətin modelini tətbiq etmək istəyir”
02.12.2015 16:22
"Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyət qurub və öz ənənələri var”

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclası keçirilib.
 
APA-nın xəbərinə görə, iclasda "Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi və bununla əlaqədar "Polis haqqında”, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, "Dini etiqad azadlığı haqqında” qanun layihələrinə, habelə İnzibati-Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunub.
 
Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda kimlərsə hansısa dövlətin modelini tətbiq etmək istəyir: "Belə insanlar məsuliyyətə cəlb edilməlidir”.
 
S. Novruzov qeyd edib ki, indiyə qədər dini ekstremizmlə mübarizə ilə bağlı qanunlara müəyyən dəyişikliklər edilib, ancaq bu sahədə ayrıca qanunun qəbuluna ehtiyac var: "Çünki söhbət xarici ölkələrdən ideologiya ixracından gedir. Bununla mübarizə daha kəskin olmalıdır. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyət qurub, öz ənənələri var. Hərə özündən bir qayda-qanun tətbiq edə bilməz”.
 
S. Novruzov çıxışında Azərbaycandan siyasi mühacir adı altında Avropaya gedənlər haqda da danışıb: "Belələrinə bu gün Avropada küçə təmizləmək təklif olunur və bir çoxları da bu işi görür. Ancaq onlar Azərbaycanda qəzet redaktoru və digər vəzifələrdə çalışıblar. Elələrinə Avropada o cür münasibət göstərilməsi yaxşıdır”.
 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihələri barədə məlumat verib. Onun sözlərinə görə, "Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsində qeyd olunub ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir: "Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır. Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarəti baş prokuror və ona tabe olan prokurorlar həyata keçirir”.
 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov təklif edib ki, dini ekstremist fəaliyyətindən könüllü imtina qanunda əksini tapsın: "Əgər bu şəxsin başqa cinayətləri yoxdursa, o məsuliyyətdən azad edilə bilər”.
 
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol