• $
  • €
  • ₽
  • ₺
  • £

Mahmud Məmmədquliyev: "Azərbaycanla Avropa İttifaqı arasında soyuqluq var"

Mahmud Məmmədquliyev: "Azərbaycanla Avropa İttifaqı arasında soyuqluq var"
03.12.2015 10:14
 "Azərbaycanla Avropa İttifaqı arasında soyuqluq var və söhbət yalnız Avropa Parlemanetindən getmir. Amma, təbii ki, bu soyuqluğun yaranmasında Avropa Parlamentinin də öz rolu var”.

"Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirin müavini Mahmud Məmmədquliyev, Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin qəbulundan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hazırkı durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, qətnamə layihənin qəbul olunması, onun Avropa Parlamentində yekdiliklə dəstəklənməsi anlamına gəlmir: "Demək olmaz ki, parlamentdə hamısı o layihəyə səs verib. Ən böyük partiya olan Avropa Xalq Partiyası (European People`s Party) bu layihəyə qarşı çıxıb. Amma hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır, çünku bu, Avropa İttifaqının bir hissəsidir və orda mühüm qərarlar qəbul olunur”.

Nazir müavini Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin soyumasının əsas səbəbi kimi, ittifaqın indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə yanaşmada vahid mövqe ortaya qoymaması ilə izah edib: "Düzdür Riqa sammitində onlar bildiriblər ki, bütün "Şərq Tərəfdaşlığı" ölkələrin ərazi bütövlüyünü tanıyırlar, o cümlədən də Azərbaycanın, amma eyni zamanda bu münaqişənin necə həll edilməsini Riqa kommünikesində bizə uyğun olan şəkildə göstərməyiblər. Moldova, Gürcüstan, indi də Ukraynada münaqişənin bu və ya digər prinsiplər əsasında həll olunmasını deyirlər, amma Azərbaycana gələndə deyirlər ki, ATƏT-in Minsk qrupu var və hansı qərar qəbul edilsə, onu dəstəkləyəcəyik. Lakin söhbət ondan gedir ki, sənin mövqeyin nədir?”

M.Məmmədquliyev bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsində Azərbaycana uyğun olan mövqeyi tələb edəcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol