Davudoğlunun Azərbaycana rəsmi səfəri başa çatdı

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 4-də başa çatıb.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























