• $
  • €
  • ₽
  • ₺
  • £

"Hökumət addımlar atsa da, hələ də korrupsiyalaşmış ölkə sayılırıq" - EKSPERT

"Hökumət addımlar atsa da, hələ də korrupsiyalaşmış ölkə sayılırıq" - EKSPERT
09.12.2015 19:15
Ölkəmiz Korrupsiya Qavrama indeksinə görə cəmi 1 bal irəliləyib. Əgər Azərbaycan 175 ölkə arasında 2014-cü il üçün 29 bal (126-cı yer) toplayıbsa, 2013-cu ildə bu göstərici 28 bal (127-ci yer) olub. 2015-ci il üçün indekslər hələ açıqlanmayıb.
   
2003-cü ildən BMT 9 dekabrı Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü elan edib. Bundan bir qədər əvvəl Meksikada korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş konfransda eyniadlı konvensiyanın imzalanması açıq elan edilib. Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. 
 
"Şəffaflıq Azərbaycan” İctimai Birliyinin nümayəndəsi, ekspert Elvin Yusifli ANN.Az-a açıqlamasında qeyd edib ki, ölkəmiz son 3 ildə korrupsiya sahəsində müəyyən irəliləyişlər əldə edib: "Azərbaycanın Korrupsiya Qavrama indeksi 2012-ci ildə 27 bal, 2013-cü ildə 28 bal, 2014-cü ildə 29 bal olub. Düzdür, artım var, amma bu irəliləyiş ölkəmiz üçün çox minimaldır".
 
Ekspert əlavə edib ki, Korrupsiya Qavrama mövqeyinə ümumi baxış zamanı ölkəmizin yeri heç də yaxşı deyil: "Biz hələ də korrupsiyalaşmış ölkələr arasındayıq. O ki qaldı ümumi fəaliyyətlərə, bəli, bu sahədə Azərbaycan höküməti müəyyən tədbirlər görüb. Müəyyən qədər olsa da korrupsiya faktlarının qarşı alınıb. Misal kimi "Asan Xidmət” mərkəzlərinin yaradılmasını göstərmək olar. Bu Azərbaycan hökümətinin ən uğurlu layihələrindən biridir və vətəndaşları aşağı bürokratik səviyyədən (yəni məmurlardan) azad edib”.
 
Elvin Yusifli elektronlaşmış hökümətə keçidin tədricən baş verdiyini, amma dövlətin bu sahəyə çox az vəsait ayırdığını vurğulayıb: "Elektronlaşmanın üstünlüyü odur ki, vətəndaş-məmur ünsiyyəti  azalır, korrupsiya faktları yox olur. Sadəcə bütün sahələr tam elektronlaşdırılmadığından vətəndaş-məmur konfliktlərinə dair faktlar ortaya çıxır. Əgər dövlət bu sahəyə nə qədər çox pul ayırarsa, korrupsiya faktları daha sürətlə azalar”.
 
Ekspert əsas problemlərdən birinin maliyyə şəffaflığı olduğunu deyib: "Vətəndaşlar dövlət büdcəsi ilə bağlı, vergi toplamalarının necə xərclənməsinə dair ətraflı məlumatlar ala bilmirlər. Halbuki bu informasiyalar ictimaiyyətə açıq olmalıdır. Digər problemli sahə dövlət satınalma sahələridir. Bildiyimiz kimi, dövlət ən böyük satınalan təşkilatlardan biridir. Qanunvericiliyə əsasən, bu satınalmalar tenderlər əsasında həyata keçirilməlidir və bu tenderlər şəffaf olmalıdır. Yəni bütün şirkətlərin iştirak hüququ qorunmalıdır. Lakin hazırda ümumi tender şəffaflığı problemli məsələlərdəndir. Tenderlərin necə təşkil olunması bilinmir, ictimaiyyətə hesabatlar verilmir”.

Qeyd edək ki, korrupsiya ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yarımillik hesabatına görə, 2015-ci ilin 6 ayı ərzində 5150 müraciətə baxılıb, həmçinin 95 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 65-i (68%) üzrə cinayət işi başlanılıb, 30 (32%) material üzrə cinayət işinin başlanılması rədd edilərək zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
 
 
 
 


Orxan Aslanlı


Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol