Asim Mollazadə İsrailin nümayəndə heyətilə görüşüb

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib.
Partiyanın qərargahında keçirilən görüşdə Azərbaycan-İsrail əlaqələri, post-sovet məkanı ölkələrinin, o cümlədən, Cənubi Qafqaz, Orta Asiya və Rusiyanın regional strateji maraqlarının siyasi-iqtisadi aspektləri, Qarabağ münaqişəsinin həlli, qlobal və regional enerji təhlükəsizliyi müzakirə edilib.
Asim Mollazadə qonaqlara Azərbaycan, regional münaqişələr, ölkəmizin Avropanın və regionun enerji təhlükəsizliyindəki rolu, partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə İsrail XİN Siyasi Araşdırmalar Mərkəzinin Asiya və İqtisadi məsələlər bürosunun rəhbəri Benjamin Krasna, İsrail XİN Siyasi Araşdırmalar Mərkəzinin Avrasiya və Enerji məsələləri üzrə analitiki Vita Avrahamov, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və İsrail səfirliyinin missiya rəhbərinin müavini Amir Rom iştirak ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























