ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair müzakirə təşkil olunacaq.
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının Xarici əlaqələr komissiyası gələn ilin yanvarında bağlı qapılar arxasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Bunu ABŞ-dakı "Ay Data” erməni təşkilatının nümayəndəsi Elizabet Çulcyan deyib. O bildirib ki, müzakirəyə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik də dəvət olunub: "Biz istərdik ki, müzakirələr açıq olsun. Hələlik komissiyanın sədri bu haqda heç nə deməyib”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























