• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə, Azərbaycan və Gürcüstan birgə hərbi bəyannamə imzalayacaq

Türkiyə, Azərbaycan və Gürcüstan birgə hərbi bəyannamə imzalayacaq
17.12.2015 15:30
"Türkiyə, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində ortaq Bəyannamə imzalanacaq”.
 
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz deyib. Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin İstanbulda keçirilən ikitərəfli və üçtərəfli görüşlərindən sonra mediaya açıqlama verən İ. Yılmaz bildirib ki, bugünkü görüşlər hərbi təhlükəsizlik sahələrində ikitərəfli və regional münasibətlərin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir: "Regional və qlobal dialoqa əvvəlkindən çox ehtiyac olduğu bir vaxtda üç ölkənin apardığı müzakirələrin əhəmiyyəti böyükdür. Bu əməkdaşlıq və dialoq bütün ölkələrə örnək ola biləcək xarakterdədir. Sülh dolu bir gələcəyin hazırlanması nöqtəsindən hərəkət edərək ikitərəfli və üçtərəfli əməkdaşlığımızın bir nişanəsi kimi gördüyümüz müdafiə sahəsində əməkdaşlıq bəyannaməsinin ən qısa müddətdə imzalanmasının önəmini də vurğuladıq”.
 
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli isə üç ölkə arasındakı əməkdaşlığın istər bölgədə, istərsə də dünyada sülhə xidmət edəcəyini söyləyib. O, Türkiyə kimi bölgənin digər iki ölkəsi olan Azərbaycan və Gürcüstanın hərbi təhlükəsizlik məkanındakı gələcəkdəki yerinin NATO olduğunu vurğulayıb.
 
Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə diqqəti bölgə ölkələrinin  silahlı qüvvələri arasında təhsil-təlim sahəsindəki əməkdaşlığın önəminə cəlb edib. Regiondakı münaqişələrin ölkələrin ərazi bütövlüyü təməlində və  beynəlxalq hüquq normaları əsasında həll edilməsinin lüzumundan bəhs edən Z. Həsənov İstanbuldakı görüşün bölgədə sülh və əmin-amanlığa nail olunmasına xidmət etdiyini bildirib: "Sülhün tam şəkildə bərqərar olması üçün biz regionda güclü olmalı və bəzi layihələri həyata keçirməliyik. Bu gün qəbul etdiyimiz mühüm qərarlar üç dost-qardaş dövlətin silahlı qüvvələrini möhkəmləndirməyə xidmət edir. NATO proqramları çərçivəsində də biz Türkiyənin və Gürcüstanın təcrübələrindən istifadə edəcəyik. Regionda təhlükəsizliyə nail olunması bütün dövlətlərin mənafeyinə uyğun olacaq”.
 
Z. Həsənov növbəti görüşün Bakıda keçiriləcəyini, görüşün tarixinin dəqiqləşdirilərək elan olunacağını əlavə edib.
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol