• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"

"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
29.05.2020 09:52
"Rusiya bu məsələdə obyektiv mövqe tutarsa, nəticəli görüş alına bilər”.

Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri başlayıb. 

ANS PRESS-in prezidentin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, səfər çərcivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə təşkil edilir. 

Ermənistan mətbuatının yaydığı məlumatına görə, prezidəntlərin görüşü dekabrın 19–da İsveçrənin Bern şəhərində keçiriləcək. Prezidentlərin görüşü ərəfəsində cəbhə xəttində vəziyyət daha da gərginləşib. Gərginlik hər iki tərəfin itkiləri ilə müşayiət olunur. Tərəflər cəbhə xəttində hətta ağır silahlarla hərbi əməliyyatlar həyata keçirirlər. 

Təkcə ötən gecə Ermənistan tərəfi 3, Azərbaycan ordusu 1 hərbiçisini itirib. Serj Sarkisyan və İlham Əliyevin görüşü həm cəhbədə, həm də regionda baş verən gərgin münasibətlər fonunda baş tutur. 


İlham Əliyev, Fransua Olland və Serj Sarkisyan - 27.10.2014


Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, hazırki vəziyyətdə görüşün nəticələri ilə bağlı müsbət proqnoz vermək çətindir: "İki il ərzində Rusiyadan vədlər alınıb. Güman etmək olar ki, Rusiya verdiyi vədlərə sadiq qalacaq. Verilən vədlərə əsasən Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılması ilə bağlıdır. Vladimir Putinin mətbuat konfransında Türkiyənin ünvanına sərt tənqidlər və cəbhədə baş verən son gərginliklər görüşün müsbət nəticələrlə başa çatacağına zəmanət vermir”. 


Qabil Hüseynli - politoloq


Politoloq bildirdi ki, Rusiya və Türkiyə arasında baş verən gərginlik görüşün nəticələrinə təsir göstərəcək: "Ölkələr arasında gərginlik erməniləri ruhlandırır. Azərbaycan tərəfini isə müəyyən qədər sıxır. Rusiya bu məsələdə obyektiv mövqe tutarsa, nəticəli görüş alına bilər”.

İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin ötən il üçüncü görüşü olub. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. 




20 ildən çox davam edən münaqişə ilə bağlı nəzərəçarpan razılaşma modeli Madrid prinsipləridir. 2008-ci ildə təklif edilən sülh modelinə görə, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağın Muxtar Vilayətinə daxil olmayan 6 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Təklif irəli sürülsə də, hələ ki, ortada heç bir nəticə yoxdur. 


Madrid prinsiplərinə əsasən işğal altında olan torpaqların qaytarılma mərhələləri


Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ aralarında olan mübahisələri həll etməklə məşquldurlar. Rusiya və ABŞ-ın üz – üzə gəldiyi Ukraynada qısa müddət ərzində yeni nəticələr əldə olundu və silahlar susduruldu. Amma Dağlıq Qarabağ məsələsində bu ölkələr 20 il ərzində razılığa gəlinməyib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol