Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başladı

ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan "twitter” səhifəsində paylaşıb.
Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.
Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























