• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: “Anti-Amerika kampaniyasının aparılması düzgün deyil”

Siyavuş Novruzov: “Anti-Amerika kampaniyasının aparılması düzgün deyil”
29.12.2015 14:15
Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında ABŞ-ın Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smitin "Azərbaycan Demokratiya Aktı-2015" qanun layihəsi ilə bağlı bəzi siyasətçilərin Birləşmiş Ştatlara qarşı kampaniya aparmasına etiraz edilib.
 
APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bəzilərinin buna görə anti-ABŞ kampaniyasına başlaması düzgün deyil. O qeyd edib ki, ABŞ-la Azərbaycan arasında yaxşı münasibətlər var: "Biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Təəssüf ki, bəzi siyasətçilər, KİV nümayəndələri Rövşən Rzayevin hazırladığı qərar layihəsindən sonra Amerikaya qarşı mətbuatda hücuma keçiblər. Bu, düzgün deyil. Bizim ABŞ-da parlamentlərarası işçi qrupu var, dostlar var, bunu işə salmalıyıq. Dövlətlə münasibətləri korlamamalıyıq”.
 
Spiker Oqtay Əsədov isə deyib ki, deputat Rövşən Rzayev Azərbaycan hökumətini təmsil etmir: "Rövşən Rzayev nə parlamentdir, nə də Azərbaycan hökumətidir. O, öz təşəbbüsü ilə bu layihəni hazırlayıb və təqdim edib. Onun belə bir layihə ilə çıxış etmək hüququ var. Kimsə Smitin layihəsini ABŞ-ın mövqeyi kimi qələmə verirsə, bu, səhvdir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol