• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə naziri: "Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır"

Müdafiə naziri: "Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır"
29.12.2015 17:29

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursunu bitirən dinləyicilərin buraxılış mərasimində iştirak edib.
 
ANN.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəxsi heyət qarşısında çıxış edən Z. Həsənov Ali Baş Komandanın tapşırığına əsasən ordunun döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində aparılan fəaliyyətlərdən, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran vəzifələrdən danışıb.

"Silahlı Qüvvələrimiz qarşısında Dağlıq Qarabağ və digər ərazilərin düşmən işğalından azad olunması kimi mühüm vəzifə dayanır. Düşmən anlamalıdır ki, müvəqqəti olaraq nəzarəti altında qalan əzəli torpaqlarımızın azad edilməsinin zamanı artıq çatıb. Dövlətimizin və xalqımızın dəstəyi ilə ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbi təyinatlı müxtəlif avadanlıq və vasitələrlə silahlanıb. Dövlətə, xalqa sədaqətlə xidmət edən şəxsi heyətin vətənpərvərliyi, nizam-intizamı, biliyi, bacarığı, yüksək peşəkarlığı və mənəvi dəyərlərə bağlılığı qarşımızda duran istənilən hərbi vəzifənin qısa müddətdə və uğurla yerinə yetirilməsinin əsas vacib şərtlərindəndir", - deyə nazir bildirib.
 
Müdafiə naziri birmənalı şəkildə vurğulayıb ki, işğalçının tam darmadağın edilərək torpaqlarımızdan çıxarılmasının məsuliyyəti Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür: "Cəbhədə təşəbbüs bizim tərəfimizdədir. Azərbaycan əsgərinin döyüş hazırlığı, silahının gücü, sərrast atəşi, dəqiq zərbəsi nəticəsində düşmən il ərzində xeyli sayda itki verib, ağır tələfata uğrayıb.
 
Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır. Hərbi təlimlərdə və döyüş şəraitində təcrübə toplamış əsgərimiz qarşısında isə yeganə döyüş tapşırığı – düşməni hər yerdə izləmək, onun yerini müəyyən edib tapmaq və məhv etmək dayanır. Azərbaycanın real hərbi qüvvəsi artıq buna imkan verir".
 
Müdafiə naziri qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti təşəbbüskar olmaqla öz hərbi kollektivinə şəxsi nümunə göstərməlidir: "Tabeliyinizdəki əsgərləri Vətənimizə, dövlətimizə sadiq ruhda, düşmənə nifrət hissi ilə tərbiyə etməli, nümunəvi xidmətə həvəsləndirməlisiniz. Əsgərlərimiz müasir silah və texnikanı yüksək səviyyədə bilməli, onu idarə etməyi bacarmalı, ən ülvi mənəvi dəyərlər ruhunda tərbiyə olunaraq yalnız düşmən üzərində qələbə uğrunda mübarizəyə hər zaman hazır olmalıdırlar".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol