• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlik: Bu il Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik

Səfirlik: Bu il Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik
08.01.2016 16:33
"ABŞ-ın Azərbaycanla əməkdaşlığı dövlət katibi Con Kerrinin haqqında danışdığı qlobal öhdəliyinin bir hissəsidir və biz bu il əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ABŞ dövlət katibi Con Kerrinin Amerika diplomatiyası haqqında ötən gün etdiyi çıxışla bağlı şərhində deyilir.

Məlumata əsasən, Kerri keçən ilin nailiyyətləri, yeni imkan və çətinliklər barədə danışıb, habelə ABŞ-ın bu çətinliklərin öhdəsindən gələcəyinə əminliyini ifadə edib.
 
"Bu gün Amerika Birləşmiş Ştatları əvvəlkinə nəzərən dünyanın daha çox yerində daha vacib məsələlərlə daha yaxından məşğuldur. Səbəbi isə odur ki, bizim maraqlarımız bunu tələb edir, bizim dostlarımız və müttəfiqlərimiz də bunu istəyir və alqışlayır. Bu səbəbdən qarşıdan gələn aylarda Ukrayna, Əfqanıstan, Mərkəzi Amerika, Kolumbiya, Kipr, Liviya, Cənubi Sudan, Burundi kimi yerlərdə yeni imkanlar və çətinliklər gözləyirik. Çətinliklərlə bağlı heç bir illüziyamız yoxdur. Sadəcə inanın mənə, biz əminik ki, ortaya qoyduğumuz dəyərlərə görə və onların Amerika xalqının dəyərlərini əks etdirdiyinə görə güclü beynəlxalq dəstək qazanmışıq. İnanıram ki, bu çətinliklərdən keçərkən də bu dəstəyi saxlayacağıq”,- deyə Kerri çıxışında bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol