• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: “Qarabağda müharibə başlaya bilər”

Zahid Oruc: “Qarabağda müharibə başlaya bilər”
09.01.2016 10:21
Qarabağ prosesi tamamilə hərbi qüvvələrin nəzarətinə keçir və bölgədə istənilən an müharibə başlaya bilər.
 
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, 2016-cı il Qarabağ prosesi üçün uğurlu sayıla bilməz:
 
"Faktiki olaraq Bern görüşü uğursuz oldu. Çünki həmsədrlərin danışıqlar prosesi təşkil etmək niyyəti Azərbaycan prezidenti tərəfindən inandırıcı dəlillərlə müşayiət olunmadı. 2014-cü ildə Kerrinin təşəbbüsü ilə Uelsdə  NATO zirvəsi zamanı da iki dövlət rəhbəri görüş üçün dilə tutulmuşdu. Sonrasında belə bir rəy yayıldı ki, Rusiyanın Qarabağ prosesindən kənarlaşdırılması üçün Qərb real planlara malikdir və Fransa Amerika ilə birgə yeni sülh sazişinin imzalanması üçün tərəfləri dialoqa cəlb edəcək. Əslində belə də oldu və oktyabrın 17-də Parisdə görüş keçirildi. Görüş işçi sənədin ortaya çıxması ilə nəticələndi. Həmsədrlərin epizodik səfərlərini nəzərə almasaq, 2015-ci il Qarabağ siyasi danışıqları üçün itirilmiş sayıla bilər”.
 
Millət vəkili hesab edir ki, Bern danışıqları silahlı savaşın qarşısını kəsməyi qarşısına qoysa da, bu, baş vermədi:
 
"Bern görüşü yeni bir sənəddən daha çox, artilleriya qüvvələri, tank və daha uzaq məsafəli sistemlərin Qarabağda yerləşməsinin yol aça biləcəyi təhlükələr və müharibəninolmaması üçün tərəflərin inandırılması kimi başa düşülürdü. Azərbaycan tərəfinin məsələ ilə bağlı açıqlaması sübut etdi ki, nə tanklar, nədə toplar bölgədən çıxarılacaq və cəbhə xəttində ATƏT-in Minsk Qrupunun səsindən daha çox intensiv pozulan atəş səsləri gələcək. Yəni artıq Qarabağ prosesi tamamilə hərbi qüvvələrin əlinə keçir və bölgədə istənilən an müharibə başlaya bilər. Bunu cəmiyyətdəki mövqelər, o cümlədən, müdafiə qüvvələrinin hazırlıq səviyyəsi də sübut edir”.
 
Z. Oruc Minskdə gözlənilən görüşlə bağlı yayılan məlumatlara da münasibət bildirib:
 
"Rusiyanın Qərblə konfrontasiyası qətiyyən azalmayıb. İkincisi, Avropa dairələri Rusiya əleyhinətətbiq olunmuş sanksiyalarının nəticə verdiyini düşünüb, Qafqaza daha böyük bir qüvvə ilə hücum etməkdədirlər. Üçüncüsü, İran iqtisadi və diplomatik revanş götürmək üçün Avropa ilə münasibətlərini bərpa edərək Qafqaza bu və ya digər şəkildə müdaxiləsini həyata keçirməyə çalışacaq. Belə olan təqdirdə Qarabağ nizamlanması sadəcə prezidentlərin danışığı ilə mümkün olacaqmı? Yəni Qarabağ prosesi bilavasitə hərbi qüvvələrin diqtəsi altındadır və ATƏT artıqbuna müdaxilə edə bilmir”.
 
Deputatın sözlərinə görə, bundan sonra böyük toqquşmaları Qərb diplomatlarının siyasi bəyanatları ilə dayandırmaq mümkün olmayacaq:
 
"Regional vəziyyətin dəyişməsi fonunda cəbhə xəttində də yeni bir şərait görə biləcəyik. Prezidentlərin danışıqlarının intensivliyi haqqında fikir söyləmək çox çətin olsa da, hər halda,Azərbaycan tərəfi danışıqlara əvvəlkindən daha az maraqlıdır. Çünki sonuncuproses imitasiya xarakteri daşımamalı idi. Qarabağla bağlı vəziyyət hər keçən gün daha geriyə aparılır və biz bu ağırlığı yenidən qaldırmaq məcburiyyətində qalırıq. Ona görə də 2016-cı il Dağlıq Qarabağ üçün uğurlu sayıla bilməz”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol