Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə olunur

Bakıda NATO-Azərbaycan beynəlxalq məktəbinin (NİSA) kibertəhlükəsizlik məsələlərinə həsr olunmuş qış sessiyası öz işinə başlayıb.
Trend-in məlumatına görə, sessiyada kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə məsələləri əsas müzakirə obyekti olacaq.
Sessiya çərçivəsində tədbir iştirakçılarına kiber təhlükəsizlik, kibercinayətkarlıq nəticəsində milyard dollarla ziyan vurulması təhlükəsi barədə məlumat verilib.
Daha sonra iştirakçılar "Kibertəhlükəsizliklə bağlı siyasi məsələlər", "Kibertəhlükəsizliyin leqal çərçivələri", "Kibertəhlükəsizlik, kiberhücumlar, risk və çağırışlar" mövzularına həsr olunmuş panellərdə iştirak ediblər.
Qış sessiyası yanvarın 15-də yekunlaşacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























