Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir

Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
Onun sözlərinə görə, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gəlib və A. Hacılını idarəyə dəvət ediblər: "Onun idarənin rəisi, general Seyfulla Əzimovun dəvəti ilə çağırıldığı bildirilib”.
G. Aslanlı qeyd edib ki, A. Hacılı hazırda generalın qəbulundadır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























