Türkiyə və Azərbaycan birgə silahlı qüvvələri təkmilləşdirir

4 ölkənin birgə silahlı qüvvələri yaradılıb.
Türkiyə, Azərbaycan və Qazaxıstan TAKM layihəsi çərçivəsində birgə silahlı qüvvələrin təkmilləşdirilməsi üzrə işlər aparır.
Oxu.Az xəbər verir ki, bunu Trend-in Türk Xəbərlər Xidmətinə eksklüziv müsahibəsində Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyib.
Onun sözlərinə görə, Avropa və Aralıq Dənizi Ölkələrinin Hərbi Statuslu Polis və Jandarmlar Assosiasiyası (FIEP) çərçivəsində 2011-ci ildən başlayaraq qazanılmış təcrübənin Mərkəzi Asiya və Qafqaz ölkələri ilə mübadiləsi məqsədilə iş aparılır.
Qeyd edək ki, 2013-cü ilin fevralında Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın iştirakı ilə TAKM (iştirakçı ölkələrin baş hərfləri) - 4 ölkənin birgə silahlı qüvvələri yaradılıb.
Təşkilat Avrasiya regionunda yerləşən hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təsis edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























