• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabad və Astara rayon icra hakimiyyətlərindən aksiya ilə bağlı xəbərlərə münasibət

Cəlilabad və Astara rayon icra hakimiyyətlərindən aksiya ilə bağlı xəbərlərə münasibət
18.01.2016 16:38
Bu gün Əmək və  Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) Cəlilabad rayon şöbəsində vətəndaşların ünvanlı sosial yardım almaları məqsədilə fərdi qaydada ərizələrinin qəbulu keçirilib.
 
APA-nın cənub bürosunun məlumatına görə, qəbulda rayonun 35 ərazi vahidliyindən  sakinlər iştirak edib. Nəticədə sıxlıq yaranıb, bəzi vətəndaşlar qəbulun gedişindən narazı qalıblar. Bununla yanaşı, sakinlər süni bahalaşmağa etiraz edib, banklara olan kredit borclarını ödəyə bilməmələrindən də şikayət ediblər.
 
Cəlilabad Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın cənub bürosuna bildirilib ki, ƏƏSMN-nin rayon şöbəsində sakinlərdən ərizələrin qəbulu elektron qaydada keçirilməli olduğu halda, hazırlıq işlərinin başa çatdırılmaması səbəbindən bu iş baş tutmayıb. Ona görə də rayonun 35 ərazi vahidliyindən vətəndaşların eyni gündə şöbəyə müraciət etməsi problem yaradıb.
 
O da bildirilib ki, RİH rəhbərliyi demək olar ki, hər gün vətəndaşların qəbulu və onların problemlərinin həlli ilə məşğuldur: "Elə sözügedən məsələ ilə də bağlı rayon rəhbərliyi əhali ilə görüşərək onların narahatlığına heç bir əsasın olmadığını, müraciətlərinin araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib".
 
"Astara rayonunda tam sabitlik hökm sürür, heç bir aksiya keçirilməyib. Camaat öz cari iş-gücü ilə məşğuldur”. Bunu isə APA-nın cənub bürosuna Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Allahverən Mahmudov deyib.
 
Onun sözlərinə görə, rayonun Şahağacı kəndində baş vermiş hadisə bank fırıldaqçılığı ilə bağlı olub: "Altı ay öncə həmin kəndin sakinləri Ceyhun Əhədov və Nahid Rəhimov "Republika Bank”ın Astara filialının işçisi Vüqar Yusifovla birləşərək öz həmyerlilərinin etibarından sui-istifadə etməklə 30-a yaxın şəxsin adından kredit götürüb mənimsəyiblər. Sonradan sakinlərin şikayətləri əsasında həmin şəxslər barəsində cinayət işi açılıb, C. Əhədovla N. Rəhimov həbs olunub. V. Yusifov isə respublikadan qaçıb”.
 
A. Mahmudovun sözlərinə görə. bu məsələ ilə bağlı bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Şahağacı kəndinə gəlib: "Hazırda müstəntiq ərazi icra vahidliyinin binasında adlarına kredit götürülmüş şəxsləri qəbul edir, izahatlarını alır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol