• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet olaraq qalır

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet olaraq qalır
19.01.2016 12:16
Təşkilat Ermənistan və Azərbaycan arasında dialoqun prezidentlər səviyyəsində davam etdirilməsinə çağırıb

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet məsələ olaraq qalır”.
 
APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının toplantısının yekununda qəbul olunan bəyanatda deyilir.
 
Sənəddə bildirilir ki, münaqişə ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir: "Təmas xəttində və Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində təhlükəsizliklə bağlı vəziyyət ciddi narahatlıq predmetidir. Avropa İttifaqı tərəflərə ATƏT-in rəhbərliyi ilə aparılan danışıqlarda  iştirak etmək və danışıqlarda öhdəlik nümayiş etdirməklə bağlı çağırışını təkrarlayır. Aİ münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasına dəstəyini ifadə edir. Aİ Ermənistan və Azərbaycan arasında dialoqun prezidentlər  səviyyəsində davam etdirilməsinə çağırır və həmsədrlərin təşəbbüsü ilə İsveçrədə ötən il dekabrın 19-da keçirilən görüşü alqışlayır. Bu görüş gələcək addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün vacib imkan yaratdı. Bununla yanaşı, sülh razılaşması əldə edildikdən sonra Aİ sülhyaradıcı fəaliyyətləri dəstəkləməyə, münaqişədən əziyyət çəkən regionların bərpa və reabilitasiyasına yardım etməyə hazır olduğunu bəyan edir”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol