• $
  • €
  • ₽
  • ₺
  • £

Xələf Xələfov Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələləri açıqladı

Xələf Xələfov Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələləri açıqladı
20.01.2016 12:41
"Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Aşqabadda keçiriləcək görüşündə, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana sammiti öncəsi görüşündə ənənəvi olaraq dənizin hüquqi statusuna dair məsələlərin müzakirəsi davam etdiriləcək".
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov deyib.
 
Nazir müavini bildirib ki, görüşlərdə növbəti Xəzər sammitinin gündəliyində olan məsələlərin müzakirəsi də istisna olunmur: "Bəzi razılaşdırılmamış məsələlər var. Bu məsələlərin üzərində iş aparılacaq. Eyni zamanda bu ilin 1-ci və ya 2-ci rübündə xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu isə gündəlikdən və məsələlərin xarakterindən asılıdır. Görüşlər və razılaşmalar imkan versə ki, sammitə hazırlığa start verilsin, bu işə başlanacaq. Görüşlərin hamısının son məqsədi sammitin keçirilməsi və vacib qərarların verilməsidir. Həştərxanda keçirilən ötən Xəzər sammitində bəzi nümayəndə heyətlərinin rəhbərləri bildirdilər ki, ola bilsin, Astana sammitində Xəzərin hüquq statusu razılaşdırılsın. Bütün nümayəndə heyətlərinin bu istiqamətdə istəyi var və səylər göstərirlər. Sammitin keçirilməsi işçi qrupun işindən və nazirlər konfransında prinsipial məsələlər üzrə yekun qərarların qəbulundan asılıdır. Ola bilsin bir və ya iki məsələ sammitə qalsın və elə sammit çərçivəsində həllini tapsın".
 
X. Xələfov bəzi məsələlərin açıq qaldığını qeyd edib: "Bölgü məsələləri var. Həştərxan sammitində dövlət başçıları qərara gəldilər ki, 15 mil enində suverenlik, 10 mil enində balıqçılıq zonası müəyyən olunur. Qalan su səthi ümumi istifadədə olan su səthi sayılacaq. Bununla yanaşı, digər fəaliyyət növləri - elmi tədqiqat işlərinin aparılması, gəmiçilik, hərbi gəmiçilik, hərbi fəaliyyət, hərbi siyasi təhlükəsizlik, ticarət məsələləri var. Bunların bəziləri prinsip baxımından razılaşdırılıb, bəziləri diskussiya çərçivəsindədir. İşlər intensiv davam etdirilməlidir. İşçi qrupunun iclasları da davamlı keçirilir. Düşünürəm ki, əldə olunmuş irəliləyiş imkan verəcək ki, ümumi razılaşmalara nail olunsun". 
 
Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası bu il yanvarın 27-28-də Aşqabadda keçiriləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol