• $
  • €
  • ₽
  • ₺
  • £

Qorbaçov: Bakıya qoşun göndərmək həyatımın ən böyük səhvi idi

Qorbaçov: Bakıya qoşun göndərmək həyatımın ən böyük səhvi idi
20.01.2016 23:59
İyirmi Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar İndoneziyanın nüfuzlu "The Jakarta Post” qəzetində məqalə dərc edilib.
 
ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "İşğalçı zülmə bəraət qazandırmağa cəhd etdiyində” adlı məqalədə 1990-cı il yanvarın 20-də sovet ordusunun Azərbaycanın paytaxtı Bakıya yeridilməsindən, dinc sakinlərə tutduğu divandan bəhs edilir. Nəticədə 147 nəfərin öldürüldüyü, 638 insanın yaralandığı, 841 nəfərin qeyri-qanuni həbs edildiyi diqqətə çatdırılır. Yüzlərlə binanın və digər əmlakların dağıdılmasının həm dövlətə, həm də əhaliyə böyük maddi zərər vurduğu bildirilir. Məqalədə vurğulanır ki, sovet hakimiyyəti bu hücumu guya Bakıdakı erməniləri təxliyyə etmək zərurəti ilə izah edirdi. Lakin bu, tamamilə yalan və işğala bəraət qazandırmaq üçün sadəcə olaraq bir bəhanə idi. Əsl məqsəd isə müstəqillik uğrunda milli hərəkatı və Azərbaycana ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı dinc etirazları yatırmaq idi. Məqalənin sonunda SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun hadisələrlə bağlı 1995-ci aprelin 27-də İstanbulda etdiyi etirafdan sitat gətirilir: "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol