• $
  • €
  • ₽
  • ₺
  • £

Qara Yanvar şəhidləri tanınmış Los Anceles muzeyində anılıb

Qara Yanvar şəhidləri tanınmış Los Anceles muzeyində anılıb
21.01.2016 10:06
Yanvarın 19-da Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Qara Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirilib.
 
Mərasim Los Ancelesin tanınmış muzeylərindən olan Vende Muzeyində (The Wende Museum) təşkil olunub. Qeyd edək ki, Vende Muzeyi "Soyuq Müharibə” illəri bağlı nadir eksponatların nümayiş olunduğu ən unikal muzeylərdən biridir.
 
Muzeydə keçirilən mərasimdə ATƏT-in Minsk Qrupunun 2001-2004-cü illərdə ABŞ-dan olan həmsədri səfir Rudolf Perina, Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin diplomatları, elm və mədəniyyət xadimləri, yerli universitetlərin əməkdaşları, icma üzvləri və digər şəxslər iştirak ediblər.
 
İlk öncə, mərasim iştirakçıları Qara Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər. Muzeyin icraçı direktoru Castin Cəmpol (Justin Jampol) qonaqları salamlayaraq, Vende Muzeyinin belə bir önəmli tədbirə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini vurğulayıb.
 
Daha sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, qanlı 20 yanvar hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib. Diplomat, Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləməsini diqqətə çatdırıb və bunun Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırdığını bildirib.
 
Baş konsul qeyd edib ki, bu qəddarlığı həyata keçirən Sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, öz məqsədinə çata bilməyərək, tam iflasa uğrayıb və Azərbaycan öz dövlət müstəqilliyini tezliklə bərpa edib.
 
Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan natiq, Azərbaycanın mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirib və ölkəmizin müstəqilliyinin güclü və dönməz xarakter aldığını diqqətə çatdırıb.
 
Sonra çıxış edən amerikalı keçmiş diplomat, Kaliforniya San Dieqo Universitetinin (UCSD) professoru Ceyms Koyl (James Coyle) bu hadisənin tarixi önəmindən danışaraq, Qara Yanvar faciəsinin SSRİ-nin süqutunun başlanğıcını qoyduğunu vurğulayıb.
 
Çıxışlardan sonra Baş Konsulluq tərəfindən hazırlanmış "Qara Yanvar: Azərbaycanın azadlığına gedən yol” başlıqlı sənədli film nümayiş olunub. Həmçinin, CNN televiziya kanalının faciə ilə bağlı reportajı göstərilib.
 
Tədbirin sonunda klassik bəstərkarların həzin ruhlu əsərlərindən nümunələr səsləndirib.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol