• $
  • €
  • ₽
  • ₺
  • £

Vitse-spiker: Azərbaycan hökuməti çox ciddi iqtisadi proqramlar üzərində işləyir

Vitse-spiker: Azərbaycan hökuməti çox ciddi iqtisadi proqramlar üzərində işləyir
22.01.2016 14:30
"Yaranmış iqtisadi çətinliyin aradan qaldırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət çox ciddi iqtisadi proqramlar üzərində işləyir”.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova dövlət başçısının Davosda Dünya İqtisadi Forumunda çıxışına münasibət bildirərkən deyib.

B.Muradova bildirib ki, bu istiqamətdə hazırda ciddi addımlar atılır və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi üçün zəruri işlər görülür: "Bir neçə gün öncə Milli Məclisin növbədənkənar iclası keçirildi. Prezident İlham Əliyevin iqtisadiyyatla bağlı parlamentə daxil olan qanun layihələri qəbul olundu”.

Vitse-spiker bildirib ki, qanun layihələri çox ciddi tədbirlər nəzərdə tutur: "Əmanətlərin tam sığortalanması, əmanətlərdən olan gəlirlərin vergidən azad edilməsi, satınalmalar, vergi ödəmələri sahəsində bir sıra dəyişikliklər həm iqtisadi sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsinə, həm də insanların rifahının, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir. Düşünürük ki, nəzərdə tutulan tədbirlər qısa müddətdə yerinə yetiriləcək və biz bu çətinlikləri də daha az zərərlə aradan qaldıra biləcəyik”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol