Malena Mard: Aİ Azərbaycanın modernləşdirilməsi prosesinin hissəsi olmaq istəyir

Aİ və Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə çoxdan tərəfdaşlıq mövcuddur və Aİ Azərbaycanın modernləşdirilməsi prosesinin hissəsi olmaq istəyir. Trend-in məlumatına görə, bunu Bakıda Aİ-nin Azərbaycandakı səfiri Malena Mard ölkənin milli statistika sisteminin təkmilləşdirilməsi üzrə layihənin reallaşdırılmasına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, Aİ bundan sonra da statistika sahəsində və digər istiqamətlərdə müxtəlif layihələr reallaşdıracaq: "Aİ uzun müddətdir Azərbaycanın ən iri investoru və ticarət tərəfdaşıdır, əməkdaşlığı davam etdirmək istəyirik. Məsələn, ikitərəfli turizm axınını artırmaq istəyirik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























