• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi xidmət: biz onlardan nə öyrənə bilərik?

Hərbi xidmət: biz onlardan nə öyrənə bilərik?
28.01.2016 12:42
Hüseyn Pənahov 
 
Hərbçilər arasında nizamnamədən kənar münasibətlər (nkm) və ya "dedovşina”, nə təkcə bugünün nə də tək Azərbaycanın problemidir. Tarixən, demək olar bütün ordularda mülki cəmiyyətdən təcrid olunmuş hərbi qulluqçular arasında rütbəsi aşağı və ya təcrübəsi az olan əsgərlərin hüquqları ya pozulub, ya da heç olmayıb. Amma müasir dövrümüzdə aparılan araşdırmalar və islahatlar nəticəsində bir çox ölkələr bu problemi demək olar ki, aradan qaldıra biliblər. Azərbaycanda isə nkm-lərə qarşı müəyyən mübarizə səylərinə baxmayaraq, bu məsələ hələ də problem olaraq mövcuddur. Bəs biz beynəlxalq praktikadan nə öyrənə bilərik?

1) Bəzi inkişaf etmiş ölkələrdə hərbçiləri vaxtaşırı məcburi məzuniyyətə göndərmək təcrübəsi var. Çünki müşahidələr göstərir ki, hərbçilərin məzuniyyətə çıxması, yaxınları ilə vaxt keçirməsi onlarda psixoloji rahatlıq yaradır və nəticədə ordu sıralarında nizamnamədən kənar münasibətlərin yaranma ehtimalı azalır. Azərbaycan ordusunda isə məcburi hərbi xidmətə cəlb olunmuş gənclərə cəmi 10 gün məzuniyyət verilir. Bu o deməkdir ki, hərbi xidmətə yollanmış 18 yaşında gənci bir də ancaq 1 il sonra və yalnız 10 günlük məzuniyyət gözləyir.

Bu yanaşma həmin əsgərlərdə psixoloji stress və gərginlik yaradır. Əlbəttə ehtiyac olarsa Azərbaycan əsgəri vətən uğrunda hər bir çətinliyə dözməlidir, amma bu günün reallığında belə sərt məzuniyyət şərtlərinə heç bir lüzum yoxdur. Nəyə görə hərbi xidmətçilər heç olmasa hər 3 ayda 1 həftəlik məzuniyyətə göndərilməsin? Daha çox məzuniyyət günləri hərbçilərin psixoloji yükünü azaldar və nəticədə nkm-lərə qarşı mübarizə üsulu olar.

2) Həmçinin, dünyanın bir çox ölkələrində belə bir deyimin müxtəlif formaları var: "əsgəri boş buraxsan, nə isə iş qarışdıracaq.” Çox vaxt zarafat kimi işlənən bu məsəldədə bir hikmət var: nizamnamədən kənar halların əksəriyyəti əsgərlərin boş vaxtlarında baş verir. Demək hərbiçilərin asudə vaxtlarını faydalı və məzmunlu keçirə bilmələri üçün müvafiq şərait yaratmağa ehtiyac var.

Bu məqsədlə, hərbi hissələrin gərək öz kitabxanası, qış və yay fəsilləri üçün uyğun idman zalları, kinoteatrı və kompüter otağı olsun. Beləliklə əsgərlər kitabxanada hərb sənəti barədə ədəbi və praktiki kitablar oxuya, kinoteatrda vətənpərvərlik və tariximiz haqda filmlər izləyə, kompyuter otağında isə hərbi taktikanı öyrənmək üçün simulyasiya oyunları oynaya bilərlər. (Təsəvvür edin almanlar hələ Birinci Dünya Müharibəsi vaxtı öz hərbçilərinin təlimatlandırılması üçün xüsusi qısa filmlər hazırlayırdılar.[1]) Həmçinin əsgərlərimiz idman yarışlarında, aralarında sağlam və ədalətli rəqabət qura bilərlər.  Bununla həm hərbçilərimizin fərdi inkişafı üçün daha münbit şərait yaranar həm də nkm-lərlə mübarizə daha effektli olar. 

3) Ümumiyyətlə, bütün fiziki və hərbi təlim tədris proqramlarının əsas hədəfləri əsgərlər arasında komanda düşüncəsinin inkişafı və qardaşlıq hissinin aşılanması olmalıdır. Aydın məsələdir ki, bu dəyərlər əsgərlər tərəfindən nə qədər yüksək qiymətləndirilsə, nkm-lər bir o qədər az olar. Demək ilk gündən əsgərlərə qarşılıqlı hörmət, komanda mədəniyyəti və qardaşlıq hissi təbliğ edən dərslər keçmək lazımdır.

İstənilən təlim proqramının sonunda əsgərlər komanda şəklində daha effektiv və güclü olduqları qənaətinə gəlməlidirlər. Orduda hər bir fərdin önəmli rolu var, çünki əlində silah Azərbaycan üçün döyüşən hər bir əsgər qələbə ilə məğlubiyyətin arasındakı fərq ola bilər. Bu baxımdan, Azərbaycan əsgəri həm öz fərdi rolunun əhəmiyyətini, həmdə eyni amala xidmət edən böyük bir komandanın tərkib hissəsi olduğunu dərk etməlidir. Təbii olaraq, birlik hissi həmçinin ordumuzun daha güclü olmasına töhvə verər. Britaniyalı yazıçı Rudyard Kiplingin canavar sürüləri ilə bağlı münasib sitatı var: "sürünün gücü canavardadı, canavarın gücü sürüdə.”

Müəyyən fikirlər ola bilər ki, bəzi təkliflər hərbi hissələrdən kənarda, döyüş postlarında və ya sərhəd zastavalarında, xidmət çəkən əsgərlər üçün ədalətsiz olar, çünki onlar eyni şəraitdən yararlana bilməyəcəklər. Amma, hərbi qulluqçular hər 3 aydan bir öz xidməti yerlərini rotasiya etsələr bu məsələdə öz həllini tapar. Hal-hazırda Azərbaycan ordusunda müəyyən rotasiyalar olur, amma bu yerdəyişmələrin daha əhatəli və sistemli tətbiqinə ehtiyac var. Bu cür yanaşma həm vətənin müdafiəsinin yükünü hərbi qulluqçular arasında bərabər və daha ədalətli paylanmasını təmin edər, həm də sıravi əsgərlər arasında "təzə əsgər, köhnə əsgər” (noviçok, dembl) məfhumlarını da aradan qaldırar, və nəticədə nkm-lərə qarşı mübarizəyə əlavə təkan verər.

Nizamnamədən kənar münasibətlərin fəsadları Azərbaycana bir ölkə kimi çox ciddi zərər vurur və məsələ təkcə fərdi əsgərlərin fiziki travmalarında deyil. Fiziki travma elədir ki, özünü asanlıqla biruzə verir. Amma psixoloji zədələr dərhal nəzərə çarpmasada, bəzən daha ciddi fəsadlara səbəb ola bilir. Şüur altı səviyyədə insanları daha əsəbi və qəddar edir və hətta irrasional addımlar atmağa belə təhrik edə bilir. Bəlkə də xəbərlərdə eşitdiyimiz öz qohumlarını/qonşularını baltalayan o gənc oğlan, məsuliyyət hissini itirib qəza törədən o avtobus sürücüsu, və digərlərəri elə hərbi xidmət vaxtı aldıqları travmalar nəticəsində bu addımları atırlar. Əlbəttə cəmiyyətimizdə bütün problemləri hərbi xidmətin üstünə yıxmaq olmaz. Amma reallıq var ki, hərbi xidmət gəncləri bir çox hallarda mənfi enerji ilə yükləyir və bu dalğa özünü bizim cəmiyyətdə biruzə verir. Axı biz hamımız vahid bir orqanizmin üzvləriyik.  

Hazırda inkişaf etmiş ölkələrdə müharibənin iqtisadi qiyməti hesablanarkən, döyüş bölgələrindən qayıdan hərbçilərin psixoloji bərpası və sağlam cəmiyyətə qaytarılması üçün ödənilən xərclərdə nəzərə alınır. Bu gün biz fikirləşməliyik ki, ümumilikdə məcburi hərbi xidmət azərbaycanlıların mənəvi-psixoloji durumuna necə təsir edir. Əlbəttə hərbi təcrübə Azərbycan gənclərini daha nizam-intizamlı edir, müstəqillik və məsuliyyət hisslərini inkişaf etdirir. Amma təəssüf ki, bəzi hallarda hərbçilər arasında baş tutan nizamamədən kənar münasibətlər həm Azərbaycanın hərbi institutlarının imicinə zərbə vurur, həmdə ümumilikdə Azərbaycanımıza.   

Nkm-lərlə mübarizə aparmaq məqsədi ilə, əsgərlərə daha çox məzuniyyt verməyə, asudə vaxtlarını məzmunlu və faydalı keçirə bilmələri üçün müvafiq şərait yaratmağa, və ordu sıralarında komanda düşüncəsini təbliğ edən dərslər keçməyə ehtiyac var.  Bu dəyişikliklər əlavə olaraq Azərbaycan ordusunda ruh yüksəkliyi yaradar və nəticə etibari ilə əsgərlərin döyüş hazırlığına da müsbət təsir göstərər.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol