Rusiya Müdafiə Nazirliyinin televiziyasından Azərbaycana qarşı təxribat

Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı "Zvezda” reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.
APA-nın xəbərinə görə, telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın "Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.
Xatırladaq ki, "Zvezda” media qrupuna məxsus "Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























