• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi siyasi partiyaların dövlət qeydiyyatı ləğv olunacaq

Bəzi siyasi partiyaların dövlət qeydiyyatı ləğv olunacaq
03.02.2016 12:27
"Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınan siyasi partiyalar fəaliyyət göstərmirsə, qeydiyyatı, rekvizitləri ləğv olunmalıdır. 

Bu, dünyanın bir çox ölkələrində var. Bəzi ölkələrdə siyasi partiya iki ildən artıq fəaliyyət göstərmirsə, qeydiyyatı ləğv olunur".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O xatırladıb ki, Azərbaycanda hər bir siyasi partiya gəlirləri ilə bağlı illik maliyyə hesabatı verməlidir: "Bu, "Siyasi partiyalar haqqında" qanunda da nəzərdə tutulub. İllik maliyyə hesabatının açıqlanması şəffaflığın təmin olunması üçündür. Yeni Azərbaycan Partiyası bu tələb qanunvericiliklə tənzimlənməmişdən əvvəl də maliyyə hesabatını ictimaiyyətə açıqlayırdı. Digər partiyalar da şəffaflığın tərəfdarıdırlarsa, hesabat verməlidirlər, maliyyə mənbələrini açıqlamalıdırlar.

Təəssüflər olsun ki, bəzi siyasi partiyalar maliyyə hesabatlarında heç bir rəqəm göstərmir, ağ kağız təqdim edirlər. Yəni, guya bunların heç bir maliyyə mənbələri yoxdur. Amma hər kəs bilir ki, həmin partiyaların qərargahlarında xeyli insan çalışır, əmək haqqı alırlar. Partiya sədrlərinin əksəriyyəti bahalı maşınlarda gəzir, cangüdənlərdən istifadə edirlər. Təbii ki, bu insanlar hava ilə yaşamır, yəqin ki, bəlli bir gəlir yerləri var. Dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyə fəaliyyətinə Maliyyə Nazirliyi nəzarət edir, yəni, nazirliyin araşdırmaq imkanı var. Büdcədən maliyyələşməyən partiyalar hesabat təqdim etmirsə, qanunun tələbini pozursa, bu, hüquqi cəhətdən "Siyasi partiyalar haqqında" qanunda əsaslandırılmalıdır".

S.Novruzov hesabat təqdim etməyən siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələyə də toxunub: "Elə partiyalar var ki, 1992-93-cü ildə qeydiyyatdan keçib. Həmin partiyalar qarşılarına hüquq və vəzifələr qoysa da, icra etmir. Yəni, fəaliyyətsizdir. Fəaliyyət göstərməyən partiyaları imkanlı şəxslər alır, "sandığa qoyub" saxlayır. Bu da qeyri-qanunidir. Qeyd etdiyim məsələlər qanunvericiliklə tənzimlənməlidir".

S.Novruzov qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanunda hüquqi varislik məsələsi də əksini tapmalıdır: "Son günlər bir sıra siyasi partiyalarda çox ciddi qarşıdurmalar baş verir. Məsələn, partiyalardan birində sədr qurultay keçirir, strukturu yenidən formalaşdırır. Həmin partiyanın daxilində başqa birisi də konfrans keçirərək özünü sədr elan edir. Hər iki tərəf iddia edir ki, partiya üzvlərinin dəstəyini qazanıb. Beləcə, qarşıdurma yaranır. Burada hüquqi varisliyin hansı formada keçiriləcəyi aydınlaşdırılmalıdır. Təbii ki, tərəflər məhkəməyə müraciət edir. Məhkəmə də araşdırma aparmalıdır və "Siyasi partiyalar haqqında " qanuna istinad etməlidir. Ona görə də bu məsələ "Siyasi partiyalar haqqında" qanunda əksini tapmalıdır ki, məhkəmə istinad edə bilsin".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol