• $
  • €
  • ₽
  • ₺
  • £

Ehtiyatda olan generaldan erməni generalın iddialarına cavab

Ehtiyatda olan generaldan erməni generalın iddialarına cavab
29.05.2020 01:50
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Yaşar Aydəmirov Ermənistan ordusunun istefada olan generalı Arkadi Ter-Tadevosyanın iddialarına cavab verib.
 
Keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov APA-ya açıqlamasında bildirib ki, dinc Azərbaycan əhalisinə qarşı xüsusi amansızlığı ilə şöhrət tapmış "kommandos” ləqəbli Ter-Tadevosyan bu günlərdə erməni jurnalistləri qarşısında çıxış edib: "Hərbi məsələlərdən başı çıxmayan jurnalistlərə bu "qəhrəman” Azərbaycanın birtərəfli qaydada məhv edilə biləcəyi barədə pafoslu, hədə-qorxu dolu fikirlərini çatdırıb. O bildirib ki, Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin sərəncamında guya sınaqdan çıxmış xüsusi texnika və 3-4 neft-qaz platformasına tuşlanmış hansısa mifik raketlər mövcuddur. Gülüş doğuran və təəccübləndirən isə odur ki, bu sayıqlamaları o, BMT Nizamnaməsinin 51-ci maddəsindəki ölkəyə hücum olduğu təqdirdə özünümüdafiə hüquqü ilə pərdələməyə cəhd göstərir. Qəddarlığı ilə öyünən bu üzdəniraq keçmiş döyüşçü dediklərindən eyforiyaya qapılaraq bütün məsələləri baş-ayaq çevirir. Hətta öz yalanlarına, uydurmalarına Ermənistan prezidenti və müdafiə nazirinin guya bu haqda Azərbaycanı nə vaxtsa xəbərdar etmələri barədə mülahizələrini də qoşur. Cənab Ter-Tadevosyan, heç nəyi qarışdırmırsınız ki?! Çünki məhz siz təcavüzkar siyasət yeridib, Azərbaycan torpaqlarını işğal etmisiniz, dinc əhalini qanına qəltan edərək bir milyondan artıq insanın doğma yurd-yuvasından didərgin düşməsinin səbəbkarısınız".
 
Y. Aydəmirov A. Ter-Tadevosyana suallar ünvanlayıb:
 
"Mən ağlını itirmiş erməni "sərkərdəsi” və sizə bənzər digər "strateq"lərlə polemikaya girmədən, sadəcə olaraq, soruşmaq istəyirəm:
 
1. Xankəndindən ən yaxın platformayadək 300 km-dən artıq məsafə olan halda, siz neft-qaz platformalarını necə və nə ilə məhv etməyə hazırlaşırsız?! Siz istifadənizdə olan raket sistemlərinin məsafə üzrə zərbə imkanlarını öyrənin, sonra danışın. Bu imkanlar R-300 kompleksində - maksimum 300 km, sahə üzrə isə 100x100 m-dir. Sizin diqqətlə "yoxladığınız" texnikanın sırasında hədəfləri dəqiq məhv etmək imkanlarına malik olan bir dənə də olsun nümunə yoxdur!
 
2. Məgər Gürcüstandan keçən neft boru kəmərinin partladılması nəticəsində infrastruktura ciddi ziyan dəyə bilər?! Əgər fərz etsək ki, sizin diversantlar və yaxud "yoxladığınız" texnika beton hasarla mühafizə olunan boru kəmərini sıradan çıxarmağa nail olsalar belə, birincisi, neftin nəqlini dayandıran avtomatik sistem işə düşür. İkincisi isə, bu cür qəzaların, nasazlıqların nəticələri xüsusi qüvvələr və vasitələrlə dərhal aradan qaldırılır.
 
Nəhayət, nəzərə almaq lazımdır ki, Azərbaycanın sərəncamında olan, sınaqdan çıxmış zərbə və məhvetmə vasitələri Ermənistandakılardan qat-qat üstündür. Düşməni yerinə oturtmaq, ona sarsıdıcı zərbələr endirmək və sağalmaz yara vurmaq üçün həmin texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir. Bu zərbələrdən hətta sizin sevimli paytaxtınız - İrəvan şəhərinin də yayınması istisna deyil. Əgər biz Dağlıq Qarabağ probleminə hələ də səbr, təmkinlə yanaşırıqsa, şübhəsiz ki, bu öz qərarlarında beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT-nın münaqişəyə dair qətnamələrinin tələblərinə hörmətlə yanaşan prezidentimizin alicənablığının, müdrikliyinin və xalqımızın sülhsevərliyinin nəticəsidir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol