• $
  • €
  • ₽
  • ₺
  • £

Elxan Süleymanovdan ABŞ Senatının üzvünə MƏKTUB

Elxan Süleymanovdan ABŞ Senatının üzvünə MƏKTUB
10.02.2016 11:30
Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanov ABŞ Senatının Nümayəndələr Palatasının üzvü Adam Ştiffə məktub yazıb.

Modern.az Elxan Süleymanovun yazısını təqdim edir:  
Cənab Şiff,  

Siz bu günlərdə "Asbarez” qəzetinin baş redaktoru Ara Xaçatryanın "Horizon live” verilişinə verdiyiniz müsahibənizdə AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı müzakirə edilmiş qətnamələrə münasibət bildirərkən, onların Azərbaycanı dəstəkləyən birtərəfli qətnamə olduqlarını vurğulayırsınız. Britaniyalı deputat Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnaməni destruktiv adlandıraraq, onun təsdiq olunmamasında sizin və  ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi xanım Viktoriya Nulandın xüsusi rolunun olduğunu bildirirsiniz, su ilə bağlı qətnamənin isə təsdiqləndiyini ifadə edirsiz.

Etiraf edim ki, müsahibə zamanı sizin səsləndirdiyiniz fikirlər məni heç də təəcübləndirmədi, sadəcə olaraq müəyyən  suallar yaradır. Qəbul edilən bu qətnaməyə "su ilə bağlı hansısa qətnamə” kimi yanaşmaqla görünür özünüzə təsəlli tapırsınız.

Əvvəla siz çox yaxşı bilirsiniz ki, AŞPA-nın qış sessiyasında qəbul olunan 2085 (2016) saylı qətnamə heç də yalnız su ilə bağlı deyil.

AŞPA bu qətnaməni qəbul etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanmasını vurğulayır, Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsini tələb edir, Ermənistanın sudan silah kimi istifadə etməsini "ekoloji təcavüz” hesab edir, Sərsəng su anbarının səbəb olacağı humanitar fəlakətin, Azərbaycanın cəbhəyanı bölgəsindəki 6 rayonun 400 mindən çox sakininin bu fəlakətin qurbanına çevrilməsinin məsuliyyətini birmənalı şəkildə Ermənistan dövlətinin üzərinə qoyur, bundan sonra Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi təqdim etməsini mümkünsüz edir.

Sizi  BMT TŞ-nın (822, 853, 874 və 884 saylı), Avropa Parlamentinin, ATƏT PA qətnamələrini, AŞPA-nın 1416 (2005) saylı və 2085 (2016) saylı qətnamələrini bir daha oxumağa çağırıram.

Sizin su ilə bağlı sənəd kimi qiymətləndirdiyiniz AŞPA qətnaməsi 23 il ərzində ilk dəfə olaraq, beynəlxalq təşkilatlarda (İƏT istisna olmaqla) qəbul olunmuş bütün qətnamələrdən fərqli olaraq, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri və separatçılar tərəfindən deyil, məhz Ermənistan dövləti tərəfindən işğal edilməsini açıq-aşkar təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin işğal zonasından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan sonra təsəllinizin əbəs olduğunu görəcəksiniz!

Sizin Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi barədə qətnamənin qəbuluna qarşı çıxmağınızı da anlayıram. Çünki bu mövqeyiniz  1992-ci ildən başlayan qərəz və təxribatlarınızın davamı idi.

Xatırladıram ki, ABŞ dövlət katibinin köməkçisinin, həmçinin ATƏT-in Misk Qrupu həmsədrlərinin, Avropa Şurasına üzv dövlətlərinin böyük əksəriyyətinin hakimiyyət nümayəndələrinin ciddi səylərinə baxmayaraq, AŞPA-nın 2085 (2016) saylı qətnaməsi bütün (İslam Əməkdaşlıq Təşkilatı istisna olmaqla) beynəlxalq təşkilatların yalanlarını ifşa etdi.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol