• $
  • €
  • ₽
  • ₺
  • £

İran XİN: Azərbaycan prezidentinin İrana səfəri zamanı bir sıra sazişlər imzalanacaq

İran XİN: Azərbaycan prezidentinin İrana səfəri zamanı bir sıra sazişlər imzalanacaq
15.02.2016 14:40
Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri fevral ayının sonlarında baş tuta bilər.
 
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari keçirdiyi həftəlik mətbuat konfransında APA-nın sualına cavabında deyib.

H. Cabiri Ənsari  bildirib ki, səfər zamanı iki qonşu ölkə arasında bir sıra əməkdaşlıq sazişləri imzalanacaq: "Səfərin dəqiq vaxtı və proqramı haqqında səfərdən öncə ətraflı məlumat veriləcək. Bizim qonşu ölkələrlə əlaqələrimiz müştərək tarixi köklərə əsaslanır və bu əlaqələr və əməkdaşlıq müştərək mənafelər yönündə davam etdirilir”.
 
İranın müdafiə naziri Hüseyn Dehqanın Rusiyaya səfəri haqqında danışan H. Cabiri Ənsari qeyd edib ki, İran və Rusiya arasında əlaqələr yüksək səviyyədədir: "Hazırkı şəraitdə siyasi və hərbi nümayəndə heyətlərinin  gediş-gəlişi gündəlikdə var və hər iki ölkə qərara alıb ki, iqtisadi əlaqələri inkişaf etdirsin”.
 
XİN sözçüsü turizmin inkişafı istiqamətində atılan yeni addımlardan da danışıb: "Qəbul edilən qərara əsasən 9 ölkədən başqa, dünyanın bütün ölkələrinin vətəndaşları İranın hava limanlarında viza ala biləcək. Ümid edirəm bu, ölkəmizdə turizmin inkişafına kömək edəcək".
 
H. Cabiri Ənsari İran-Türkiyə münasibətlərinə də toxunaraq deyib ki, Ankara və Tehranın müştərək iradəsi ikitərəfli əlaqələrin inkişafı yönündədir: "Bu iradə regiondakı bəzi məsələlər və Suriya böhranı ilə bağlı fikir ayrılıqlarının məhdudlaşdırılması üçün də mövcuddur”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol